Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:56

AB nazirləri ‘Skripal sanksiyaları’nı təsdiqləyir


Sergei Skripal (solda) və qızı Yulia
Sergei Skripal (solda) və qızı Yulia

Avropa Birliyinin xarici işlər nazirləri kimyəvi silah hücumlarında əli olmaqda şübhəli bilinən Suriya və Rusiya vətəndaşlarına və qurumlarına hədəfli sanksiyaları təsdiqləyib.

Yanvarın 21-də nazirlər dörd rusiyalı, beş suriyalı və Suriyanın bir təşkilatına qarşı aktivlərin dondurulması və viza qadağasını təsdiqləyib. Tam siyahının bu gün açıqlanacağı gözlənir.

Bu sanksiyalar Suriya hökumətinin kimyəvi silahlardan istifadə iddiaları ortaya çıxınca, rusiyalı keçmiş casus Sergei Skripal və qızının ötən ilin martında İngiltərənin Solsberi şəhərində sinir qazıyla zəhərlənməsinə görə tətbiq edilir.

Ruslan Boshirov (solda) və Aleksandr Petrov
Ruslan Boshirov (solda) və Aleksandr Petrov

AB səfirləri yanvarın 16-da sanksiyaları təsdiqləyib, onların Rusiyanın dörd hərbi kəşfiyyat zabitinə hədəfləndiyini bildirib. Britaniya kəşfiyyatı onların Skripala hücumda əli olduğunu müəyyənləşdirib. Onlardan ikisi Aleksandr PetrovRuslan Boshirov adları olan pasportlardan istifadı edərək Britaniyada olmuşdular.

Bellingcat müstəqil araşdırma təşkilatı bu iki nəfərin Aleksandr MishkinAnatoly Chepiga olduğunu, hər ikisinin Rusiyanın GRU hərbi kəşfiyyat idarəsi üçün çalışdığını müəyyənləşdirib. Ancaq onlar GRU-da çalışdıqlarını, Skripal hücumunda əli olduqlarını danıblar, di gəl, hadisə baş verən zaman Solsberidə olduqlarını boyunlarına alıblar.

Britaniya hakimiyyəti Skripallara hücumda istifadə olunmuş sinir qazıyla daha iki britaniyalının zəhərləndiyini, onlardan birinin iyulda vəfat etdiyini açıqlayıb.

Kremlin sözçüsü Dmitry Peskov isə yeni sanksiyaları əhəmiyyətli saymır. O deyib ki, Britaniya Mishkin və Chepiga-nın hücumda əli olmasına dair sübut ortaya qoymayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG