Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 06:13

Maqnitoqorskda terror xəbərdarlığı edən “email”lər araşdırılır


Maqnitoqorskda partlayış baş vermiş bina

Rusiyanın Maqnitoqorsk şəhərində bir sıra qurumlar mümkün terror hücumlarıyla bağlı xəbərdarlıq edən anonim “email”lər alıblar. Bu haqda yerli media yazır.

Yanvarın 21-də bu cür “email” göndərilən qurumlar arasında xəstəxanalar, məktəblər, ticarət mərkəzləri var.

Yerli rəsmilər sakinləri “panika yaratmaqla provokasiyalara təslim olmamağa” çağırıb. Təhqiqatçılar elektron məktubların araşdırıldığını bildirir.

Dekabrın 31-də bu şəhərdə yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində 39 nəfər həlak olub.

Rəsmilər insidentə təbii qazsızmanın səbəb olduğunu deyir, İslam Dövlət terror təşkilatının məsuliyyət götürməsini rədd edib.

Yanvarın 1-də mikroavtobusun partlaması isə üç nəfərin həyatına son qoyub.

Bəzi media orqanları yaşayış binasının radikal islamçılar tərəfindən partladılmasını yazıb.

Son 25 ildə Rusiyada yaşayış binalarına bir sıra partlayışlara görə Şimali Qafqazdan yaraqlılar ittiham olunub. Ancaq belə fəlakətlərə görə qazsızmanın da səbəb göstərildiyi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG