Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:20

Dumanlı hava gözlənir


Duman

Yanvarın 22-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Bəzi yerlərdə duman olacağı, arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, axşam onun mülayim şimal-qərb küləyi ilə əvəzlənəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 0-3, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 22-də Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-2 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG