Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:35

AXCP əlavə saxlananların olduğunu bildirir


Şəhidlər Xiyabanında gərginlik - Polis cəbhəçiləri niyə saxladı?
Gözlə

No media source currently available

0:00 0:20:50 0:00

Şəhidlər Xiyabanında gərginlik - Polis cəbhəçiləri niyə saxladı?

AXCP-dən bildirildiyinə görə, saxlanan fəallarla bağlı proses tək Bakının Yasamal Rayon Məhkəməsində keçirilməyib. Verilən məlumata görə, bu partiyanın fəallarından Ayaz Məhərrəmov da Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 25 sutka inzibati qaydada cəzalandırılıb. Onun da yanvarın 20-də saxlandığı deyilir. Amma bu məlumatı, hələlik, məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.

+++

AXCP-dən verilən məlumata görə, hakim önünə çıxarılan fəallardan daha 4 nəfər inzibati qaydada həbs edilib. Partiyadan bildirildiyinə görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ramin Əhmədov 22, İsrafil Ələkbərov 21, Coşqun Cəfərov 20, İlqar Quliyev də 21 sutka inzibati həbs cəzası alıb.

Daha bir nəfər, tələbə Həsən Həsənovun isə sərbəst buraxıldığı qeyd edilir.

«Beləliklə dəqiqləşdirdiyimiz məlumata görə, bu gün, yanvarın 21-də Yasamal Rayon Məhkəməsində hakim önünə çıxarılan fəallardan 5 nəfəri inzibati cəza alıb. Cərimələnən və başqa sərbəst buraxılan var», -deyə AXCP-dən vurğulayıblar.

Bu məlumatları, hələlik, Yasamal Rayon Məhkəməsindən dəqiqləşdirmək cəhdi nəticə verməyib.

+++

AXCP-dən verilən məlumata görə, yanvarın 20-də Şəhidlər xiyabanına ziyarət zamanı saxlananlardan bəzilərinin məhkəməsi olub.

Verilən məlumata görə, Yasamal rayon Məhkəməsi Həsənəli Baxşaliyevə 10 sutka inzibati həbs cəzası verib. Amil Məmmədzadəyə isə 200 manat cərimə kəsildiyi deyilir. Onların nədə ittiham edildiyini isə, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

+++

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) verilən məlumata görə, yanvarın 20-də Şəhidlər xiyabanına ziyarət zamanı saxlanıb, sonra sərbəst buraxılan şəxslər də polisə çağırılıb.

Üstəlik, bu ara başqa fəalların da polisə çağırıldığı bildirilir. Partiyadan verilən məlumata görə, onlardan biri də bu yaxınlarda «siyasi məhbuslara azadlıq» tələbi ilə aclıq aksiyası keçirmiş fəal Tofiq Məmmədovdur.

Şəhidlər xiyabanında saxlananlardan bəzilərinin isə məhkəməyə aparıldığı deyilir.

Bütün bu deyilənlərə isə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

20 yanvarda saxlananların çoxu buraxılmayıb

«Yanvarın 20-də Milli Şura sıralarında Şəhidlər xiyabanına ziyarətə gedən və «polislə insident» yaranması adı ilə saxlanan 20-yə yaxın şəxsdən 4 nəfər sərbəst buraxılıb».

Bunu AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Partiyadan verilən məlumata görə, qalan 15 nəfərə yaxın şəxs isə buraxılmayıb. Onların bəzilərinin AXCP üzvü, qalanlarının isə fəallar olduğu deyilir.

AXCP-dən bildiriblər ki, həmin şəxslərin müəyyən qisminin cərimə cəzası ilə azad olunacağını, qalanlarının isə inzibati qaydada həbs ediləcəklərini güman edirlər.

Baş verənlərə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti də münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Report-a deyib ki, yanvarın 19-da Milli Şuraya daxil olan qüvvələrin «Məhsul»stadionunda keçirdikləri mitinq başa çatdıqdan sonra iştirakçılar dağılışarkən bir qrup şəxs qarşıdurma yaratmağa cəhd göstərərək ictimai asayişi pozmağa çalışıb. Onun vurğulamasına görə, həmin vaxt orada təhlükəsizliyi təmin edən polis əməkdaşları cəhdin qarşısını alıb: «Bu gün (yanvarın 20-də) də bir qrup şəxs Şəhidlər xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar. Polisin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində qarşıdurma yaradan bir qrup şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Şəhidlər xiyabanında qarşıdurma yaradan şəxslər ötən gün asayişi pozmağa cəhd edən şəxslər olub. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır və araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüququ qiymət veriləcək».

Yanvarın 20-də nə baş vermişdi

Dünən, yanvarın 20-də Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 29-cu ildönümü qeyd edilib. Gün ərzində minlərlə insan- ölkə prezidenti, dövlət, hökumət üzvləri, müxalifət partiyaları, deputatlar, diplomatik korpusun nümayəndələri və sıravi vətəndaşlar Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlər xiyabanına gedən Mətbuat prospektində polis postları qurulmuşdu. İnsanlar xiyabana qrup-qrup buraxılırdılar. Polis bunu təhlükəsizlik tədbiri və xiyabanda sıxlığın yaranmaması kimi izah edirdi. Həmin vaxt Milli Şura üzvləri ilə polis arasında gərginlik yaşanmışdı. AXCP-dən bildirirlər ki, yol boş olsa da, polis onlara maneə yaradıb. Onların vurğulamasına görə, Milli Şuranın kolonun kütləvi görünməməsindən ötrü insanların AXCP sədri Əli Kərimlinin ardınca xiyabana getməsinə imkan verilməyib. Polis isə baş verənləri ictimai asayişi pozanların saxlanması kimi təqdim edir.

Xatırlatma

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 130-dan çox şəxs həlak olub, 744 nəfər yaralanıb. Üstəlik, 841 nəfərin həbs olunduğu bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG