Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:05

Etirazçılar: ‘Kuril Rusiya torpağıdır’


Kuril adalarında həyat davam edir
Kuril adalarında həyat davam edir

Moskva və digər şəhərlərdəki rusiyalılar mübahisəli Kuril adalarının Yaponiyaya verilməsi perspektivinə etirazlarını bildiriblər.

Yanvarın 20-də Moskva şəhərindəki Suvorovskaya meydanında icazəli aksiya keçirilib. Təşkilatçı bir sıra solçu və millətçi təşkilatların birləşdiyi koalisiya olub.

Təşkilatçılar bu etiraza 2 min, rəsmilər isə 500 nəfərin qatıldığını bildirir.

2-ci Dünya müharibəsinin son günlərində Sovet İttifaqı Yaponiyanın cənub ucqarındakı Kuril adalarını tutub. Bu mübahisə iki ölkənin rəsmi sülh sazişi imzalamasını əngəlləyib.

Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın Baş naziri Shinzo Abe noyabrda danışıqları sürətləndirməyə razılaşıblar. Həmin danışıqların əsasında sovetlərin 1956-cı ildə irəli sürdüyü təklif– daha az əhali yaşayan Şikotan və Habomay adalarının Yaponiyaya qaytarılması dayanır.

Shinzo Abe (solda) və Vladimir Putin
Shinzo Abe (solda) və Vladimir Putin

Kuril adalarının hər hansı formada qaytarılması... vətənə xəyanət deməkdir”, – spiker Igor Skurlatov Moskvadakı yürüşdə söyləyib. Etirazçılar “Kuril Rusiya torpağıdır” şüarını səsləndiriblər.

“Bu gün Kurili qaytarırıq, sabah Krımı qaytararıq”, – o deyib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini qanunsuz ilhaq edib.

“ƏSASLI FİKİR AYRILIQLARI”

Sol Cəbhə lideri Sergei Udaltsov Moskvadakı etirazdan Twitter-ə fotolar yerləşdirib, nümayişçilərin “aktiv şəkildə vətənpərvər şüarlar səsləndirdiyini” yazıb.

Uzaq Şərqin Xabarovsk şəhərində isə 500 nəfərdən nümayişçi “Kuril bizimdir! Rədd olsun Putin hökuməti!” şüarını səsləndirib.

Sergey Lavrov (sağda) və Taro Kono
Sergey Lavrov (sağda) və Taro Kono

Uzaq Şərqin Naxodka limanında, qərbdəki Kalininqraq eksklavında kiçik yürüşlərin keçirildiyi bildirilir.

Yanvarın 19-da 300-dək adam Uzaq Şərqdəki Saxalin adasının paytaxtı Yujno-Saxalinsk şəhərində nümayişə çıxıb.

Yanvarın 22-də Putin Moskvada Abe ilə danışıqlar aparmalıdır. Ötən həftə isə xarici işlər nazirləri Sergei LavrovTaro Kono görüşüblər.

Kono ilə 14 yanvar danışıqlarından əvvəl və sonra Lavrov deyib ki, iki ölkənin mövqelərini yaxınlaşdırmaq yönündə irəliləyişin olmasına baxmayaraq, “əsaslı fikir ayrılıqları” da mövcuddur.

Lavrov həm də xəbərdarlıq edib ki, Yaponiya Rusiyanın “Cənubi Kurilin bütün adaları” üzərində suverenliyini tanımayınca razılaşmaya doğru irəliləyiş gözləməyə dəyməz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG