Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Aprel, çərşənbə, Bakı vaxtı 13:47

İrandan xilasetmə əməliyyatının təşkilatçısı vəfat edib


"Argo" filminin direktoru Ben Affleck (sağda) Tony Mendez ilə

Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) keçmiş agenti Tony Mendez dünyasını dəyişib. O, 1980-ci ildə İrandakı ABŞ girovlarının necə qaçırılması planını hazırlayıb. Onun planı əsasında sonradan “Argo” adlı Hollivud filmi çəkilib.

Keçmiş agent Parkinson xəstəliyindən dünyasını dəyişib.

Mendezin ailəsi yanvarın 20-də yaydığı bəyanatda onun yanvarın 19-da 78 yaşında vəfat etdiyini bildirir.

Bəyanatda qeyd olunur ki, onun və həyat yoldaşı Jonna Mendezin gördüyü sonuncu iş “yeni kitablarını naşirə göndərmək olub”.

1979-cu ildə İran inqilabçıları Tehrandakı ABŞ səfirliyini tutur və bir neçə diplomat arxa qapıdan qaçaraq Kanada səfirliyinə sığınır.

Mendezin planına uyğun olaraq, Hollivudda “Argo” adlı saxta filmin çəkilişi çərçivəsində İrana səfər edilməli, ABŞ diplomatları film heyəti adıyla Birləşmiş Ştatlara qayıtmalıydı.

Saxta Kanada pasportları olan diplomatlar İrandan çıxa bilir, 1980-ci il yanvarın 27-də təhlükəsizliyə qovuşur.

Bu hekayət əsasında sonradan “Argo” adlı film çəkilir, 2013-cü ildə üç Oskar alır.

Qalan 52 amerikalının isə bəxti gətirmir. Onlar İran inqilabçıları tərəfindən 444 gün girov saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG