Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:16

Çirkli havaya görə məktəblər bağlanıb


Skopye

Şimali Makedoniya hökuməti məktəblərdə qış tətilini yanvarın 23-dək uzadıb. Səbəb bir çox şəhərlərdə havanın çirklənmə səviyyəsinin yüksək olmasıdır.

Hökumət yanvarın 20-də yaydığı bəyanatda bildirir ki, bu tədbir “şagirdlərin çirkli havada olduğu müddəti qısaldacaq, onların səhhətini qoruyacaq”.

Skopye rəsmiləri ictimai nəqliyyatdan istifadəni pulsuz edib, parkinq qiymətlərini isə ikiqat qaldırıb ki, adamlar öz maşınlarından az istifadə etsinlər.

Hakimiyyət Makedoniyada havanın yüksək səviyyədə çirklənməsinə görə adamların köhnə nəqliyyat vasitələrindən istifadəsini səbəb gətirir.

Şimali Makedoniyanın iki şəhəri – qərbdəki Tetovo və paytaxt Skopye ötən ilin dekabrında Avropanın ən çirkli şəhərləri sayılıb.

2015-ci ildən bəri bu Balkan ölkəsində hər il hava çirklənməsindən 1500 nəfərin dünyasını dəyişdiyi bildirilir.

XS
SM
MD
LG