Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 07:44

Tesla işçilərinin 7 faizini ixtisar edir


Elon Musk

Tesla elektromobil şirkətinin rəhbəri Elon Musk deyir ki, şirkət işçilərinin yeddi faizini ixtisar edəcək. O, qarşıdakı yolun “çox çətin” olduğunu söyləyib.

Şirkət əməkdaşların ixtisarı və başqa planlar barədə Tesla Inc.-in vebsaytında email yerləşdirib.

Musk-ın deməsinə görə, Tesla hazırkı rübdə “azacıq gəlir” götürməyə ümid edir, amma işçi qüvvəsinin ötənilki 30 faizlik genişlənməsini daha dəstəkləyə bilmir.

Hazırda Teslanın 45 min işçisi var. Yeddi faizlik ixtisar 3 min 150 nəfər deməkdir.

Şirkət ötən il 245 mindən çox elektriklə işləyən və SUV tipli avtomobil buraxdığını bildirir ki, bu da əvvəlki illərdə cəmi istehsal rəqəminə yaxındır.

Ancaq üç il öncə ilə 500 min avtomobil buraxmağı hədəf qoyan şirkət hələlik, buna çata bilməyib.

XS
SM
MD
LG