Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:56

Arif Hacılı Türkiyədə əməliyyat olunub


A.Hacılı

Müsavat Partiyasinin başqanı Arif Hacılı ürək-damar sistemindəki problemlərlə bağlı Türkiyədə həkimlərə müraciət edib.

Bunu bu gün, yanvarın 18-də AzadlıqRadiosuna A.Hacılının qardaşı, bastainfo saytının baş redaktoru Mustafa Hacıbəyli bildirib.

M.Hacıbəylinin sözlərinə görə, yanvarın 15-də A.Hacılı Ankara yaxınlığında klinikalardan birində ürəyindən əməliyyat edilib: «Ürəyinə stendlər qoyulub. Artıq Arif Hacılı xəstəxanadan çıxıb, özünü yaxşı hiss edir. Bəzi analizlər verib və bütün analizlər müsbətdir. Yəni, problem yoxdur».

M.Hacıbəyli qarşıdakı həftədə Müsavat Partiyası başqanının Azərbaycana qayıdacağını bildirib.

Xatırlatma

1962-ci ildə doğulan Arif Hacılı 2014-cü ildən müxalifətdə olan Müsavat Partiyasına rəhbərlik edir. O, mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə (1992-1993) Ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri vəzifəsində çalışıb.

Multimedia

XS
SM
MD
LG