Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:00

Yapon dənizi üzərində Rusiya qırıcıları toqquşub


SU-34 qırıcıları

Uzaq Şərqdə açıq havada Rusiyanın iki qırıcısı toqquşub. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Yanvarın 18-də yaydığı bəyanatda Rusiya ordusu Su-34 qırıcılarının təlim uçuşu keçirən zaman, Yapon Dənizin sahilinin 35 kilometrliyində toqquşduğunu bildirib.

Heyətlər təyyarələrdən katapult olunub, ancaq onların harada olduğu bilinmir.

Əraziyə xilasedicilər göndərilib. Təyyarələrin başına nə gəldiyi bildirilmir.

Rusiya ordusu qırıcıların raket daşımadığını vurğulayıb.

XS
SM
MD
LG