Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Trump Pelosiyə təyyarə ayırmadı


Nancy Pelosi (solda) və Donald Trump
Nancy Pelosi (solda) və Donald Trump

Prezident Donald Trump hökumətin qismən bağlanmasını əsas gətirərək Nümayəndələr Palatasının spikeri Nancy Pelosinin Əfqanıstana planlaşdırılan səfərinin ertələnməsinə nail olub.

Yanvarın 17-də axşam Pelosiyə göndərdiyi məktubunda Trump yazır ki, Konqresin Əfqanıstanda Amerika əsgərlərinə baş çəkəcək, o cümlədən Brüsselə dəyəcək nümayəndə heyətinə hərbi təyyarə ayırmır, çünki bunu “ictimai münasibətlər tədbiri” hesab edir.

“800 min amerikalının maaş almadığı bir məqamda sizin də bu ictimai münasibətlər tədbirinin tamamilə yersiz olması fikrilə razılaşacağınıza əminəm”, – Trump məktubunda deyir.

“Hətta hökumətin bağlanması bitəndən sonra belə bu yeddigünlük ekskursiyaya yenidən baxacağıq”, – yazan Trump əlavə edir ki, Pelosi və digər konqresmenlər öz səyahətlərini “kommersiya təyyarələri” ilə gerçəkləşdirə bilərlər.

PELOSİ İLLİK ÇIXIŞI ERTƏLƏMƏYƏ ÇAĞIRMIŞDI

Pelosi prezidentin bu addımı hələlik, şərh etməyib. Trump-ın ordunun baş komandanı kimi buna səlahiyyəti çatır.

Lindsay Graham
Lindsay Graham

ABŞ hökuməti artıq 27-ci gündür qapalıdır və bu, Amerika tarixində ən uzunmüddətli qapanma sayılır.

Buna səbəb Trump-ın Meksikayla sərhədin hasarlanmasına 5 milyard dollardan artıq vəsait tələb etməsi olub. Demokratlar bundan imtina edir.

Pelosi həftənin əvvəlində respublikaçı prezidenti yanvarın 29-na planlaşdırılan illik müraciətini təxirə salmağa, yaxud yazılı etməyə çağırıb, buna hökumətin bağlanmasından dolayı təhlükəsizliyi əsas gətirib.

Respublikaçı senator Lindsey Graham isə tvitində hər iki tərəfin hərəkətindən məyusluğunu bildirib. O, Pelosinin illik müraciətlə bağlı təklifini “çox məsuliyyətsiz”, Trump-ın konqresmenlərə hərbi təyyarə ayırmamasını isə “yersiz” adlandırıb.

Bu arada mətbuat katibi Sarah Sanders elan edib ki, Ağ ev maliyyə naziri Steven Mnuchin, Dövlət katibi Mike Pompeo və digər rəsmilərin Dünya İqtisadi Forumunda iştirakını təxirə salır.

Ötənilki foruma qatılmış Trump da bu il İsveçrədəki tədbirə getməyəcəyini deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG