Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:04

Birləşmiş Ştatlar Rusiyanın təklifini rədd edir


ABŞ Prezidenti Ronald Reagan (sağda) və sovet lideri Mikhail Gorbachev sənədi imzalayır, 8 dekabr, 1987-ci il
ABŞ Prezidenti Ronald Reagan (sağda) və sovet lideri Mikhail Gorbachev sənədi imzalayır, 8 dekabr, 1987-ci il

Birləşmiş Ştatlar Rusiyanın Soyuq Müharibə dövrünün silahlara nəzarət üzrə əsas paktını xilas etmək təklifini rədd edib, çünki bu paktı əsaslı yoxlamaq mümkün deyil.

Bunu yanvarın 16-da ABŞ Dövlət katibinin Silahlara Nəzarət və Beynəlxalq təhlükəsizlik üzrə müavini Andrea Thompson deyib. Görünür, Vaşinqton 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Silahları Sazişindən (INF) gələn ay çıxmaqda qərarlıdır.

“YENİ ADDIMLAR ATA BİLMƏDİK”

Thompson deyib ki, Moskva yeni raket sisteminin əsaslı təftişinə icazə vermir. Vaşinqton həmin sistemin sözügedən sazişi pozduğunu bildirir. ABŞ rəsmisi Cenevrədə Rusiya və ABŞ rəsmilərinin görüşündən sonra danışıb.

Andrea Thompson
Andrea Thompson

“Dünən Rusiyayla yeni addımlar ata bilmədik”, – Thompson yanvarın 15-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşü barədə deyib.

Dünənki müzakirələr və bugünkü ritorikaya əsasən Rusiyanın sazişə əməl edəcəyinin əlamətini görmürük”, – Thompson jurnalistlərə deyib.

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov Birləşmiş Ştatları silah paktları sistemini dağıtmağa çalışmaqda ittiham edib, deyib ki, Moskva bu sənədi qorumaq istəyir.

Yanvarın 16-da keçirdiyi illik mətbuat konfransında Lavrov Birləşmiş Ştatların ünvanına dəfələrlə sərt tənqid səsləndirib, deyib ki, “Vaşinqtonun çox vacib beynəlxalq hüquqi alətləri dağıtmağa yönəlik birtərəfli addımları nikbinlik yaratmır”.

Moskva və Vaşinqton razılığa gəlməsə, Birləşmiş Ştatların sənəddən altı ay ərzində çıxmaq prosesi fevralın 2-də başlanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG