Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Rusiya Birləşmiş Ştatları ittiham edir


Sergei Lavrov mətbuat konfransında
Sergei Lavrov mətbuat konfransında

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov Birləşmiş Ştatları silah paktları sistemini dağıtmaq cəhdində suçlayıb. Nazir deyib ki, Moskva Ortamənzilli Nüvə Silahları Sazişini qoruyub saxlamaq istəyir.

Yanvarın 16-da illik mətbuat konfransı keçirən Lavrov dəfələrlə Birləşmiş Ştatların ünvanına sərt bəyanatlar səsləndirib.

“Vaşinqtonun çox mühüm beynəlxalq hüquqi alətlərin dağıdılmasına yönəlik birtərəfli addımları nikbinlik yaratmır”, – Lavrov söyləyib.

ABŞ Dövlət katibi Mike Pompeo ötən ay deyib ki, Rusiya sözügedən sazişi pozan silahdan əl çəkməsə, Vaşinqton 60 gün ərzində həmin sənəddən çıxacaq. Rusiya isə mübahisəli raketin 1987-ci ildə imzalanmış paktı pozmadığını bildirir.

Mike Pompeo
Mike Pompeo

Bir gün öncə Cenevrədə keçirilən danışıqlardan sonra ABŞ-ın aparıcı rəsmisi deyib ki, Rusiya sazişi pozmaqda davam edir və bu sənədə uyğun gəlməyən raket sistemini dağıtmalıdır.

AVROPA ÖLKƏLƏRİNƏ ÇAĞIRIŞ

Lavrov 9M729 raketinin sazişi pozmadığını bir daha vurğulayıb, sazişi xilas etmək üçün işi davam etdirməyə “hələ də hazır olduqlarını” deyib.

O, Avropa ölkələrini Vaşinqtona təsir göstərməyə çağırıb, bu məsələdə ciddi risk olduğunu söyləyib.

Saziş 500-5 min 500 kilometri vura bilən raketləri qadağan edir. Bu sazişə uyğun olaraq Sovet İttifaqı və Birləşmiş Ştatlar 2 min 700-dək raketi məhv edib.

Rusiya xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar paktdan çıxarsa, Avropada bu cür raketlər yerləşdirərsə, Moskva buna oxşar cavab verəcək.

Lavrov onu da deyib ki, Yaponiya sülh sazişi əldə etmək istəyirsə, 2-ci Dünya müharibəsinin nəticələrini tanımalıdır.

Nazir iddia edib ki, Moskva ultimatum verməyib, amma bu mövqe tələbə bərabərdir – Tokio Rusiyanın adalar üzərindəki suverenliyini tanımalıdır. Rusiya mübahisəli məkanı Cənubi Kuril, Yaponiya isə Şimal Əraziləri adlandırır.

Vladimir Putin 2004-cü ildə ikinci müddətə prezidenti seçiləndən Lavrov xarici işlər naziridir. O, adətən, illik mətbuat konfransında ötən ilin hadisələrini müzakirə edir, qlobal, regional və ikitərəfli məsələlərə dair mövqe sərgiləyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG