Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:00

AB yeni Breksit razılaşmasının müzakirəsinə hazırdır


Theresa May İcmalar Palatasında, 16 yanvar, 2019-cu il
Theresa May İcmalar Palatasında, 16 yanvar, 2019-cu il

London əsas tələblərini dəyişərsə, tamam fərqli Breksit razılaşması əldə edə bilər. Britaniya parlamenti Baş nazir Theresa May-in AB ilə razılaşdırdığı sazişi rədd edəndən sonra birlik Londona belə deyib.

AB-nin danışıqlardakı təmsilçisi Michel Barnier bu gün – yanvarın 16-da Avropa Parlamentində çıxış edərək May-lə əldə olunmuş razılaşmanı müdafiə edib. O deyib ki, AB-dən nizamsız çıxmanın riskləri daha böyük olar.

Rəsminin sözlərinə görə, AB Avropaya bütünlükdə pozucu təsir göstərəcək nizamsız çıxmayla bağlı hazırlıqları sürətləndirəcək.

Michel Barnier və Donald Tusk
Michel Barnier və Donald Tusk

Barnier deyir ki, irəliyə addım olaraq, Britaniya gələcəkdə daha sıx ticarət münasibəti təmin etməkdən ötrü AB qaydalarını daha çox yaxınlaşmalıdır. Məsələn, AB rəsmilərinin fikrincə, London AB-nin gömrük ittifaqından və mərkəzdən idarə olunan vahid bazarından çıxmaq qərarından əl çəkə bilər.

Avropa Parlamentinin, digər üzv ölkələrin verdiyi bəyanatlara toxunan Barnier deyib:

“Britaniya gələcəkdə qırmızı xətlərini dəyişməyi seçərsə... Avropa Birliyi dərhal müsbət reaksiya verməyə hazırdır”.

Palatada sağ mərkəzçilərin lideri, Almaniya Kansleri Angela Merkel-in müttəfiqi Manfred Weber isə qeyd edib ki, mövcud razılaşmayla bağlı yenidən danışıq aparmağın yeri yoxdur. Breksit tərəfdarları bu sazişin Britaniyanı AB qaydalarına həddən artıq bağladığını iddia edirlər.

AB-nin bəzi deputatları Britaniyanı birlikdə qalmaq məsələsini ikinci dəfə referendum çıxarmağa səsləyirlər. AB Şurası prezidenti Donald Tusk dünən deyib ki, Britaniyadakı parçalanma Breksitin ertələnməsiylə sonuclana bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG