Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:28

Hava kəskin dəyişir


Şaxta

Yanvarın 16-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Arabir güclənən cənub-qərb küləyinin əsəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 16-da Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənmir. Gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji

Nazirlik bildirir ki, yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Hava şəraitinin belə kəskin dəyişməsi əksər əhalidən ötrü çox əlverişsiz sayılır.

Xəbərdarlıq

Nazirlik hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq da edib. Xəbərdarlıqda qeyd edilir ki, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozlaşdırılır.

Nazirlik vurğulayır ki, şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənir. Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enə bilər.

«Respublikanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı edilir. Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var. Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi gözlənir. 0-2 dərəcə isti olacaq», -nazirlik proqnozlaşdırır.

Multimedia

XS
SM
MD
LG