Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Yanvar, bazar, Bakı vaxtı 09:20

Rusiyada yaşayış binasında partlayış olub, azı bir nəfər ölüb


Hadisə yeri

Rusiyanın cənubunda doqquzmərtəbəli yaşayış binasında qaz partlayışı olub, azı bir nəfər həlak olub.

Rostov regionunun Şaxti şəhərində yanvarın 14-də səhər baş vermiş partlayışda dörd mənzilin dağıldığı bildirilir.

Fövqəladə Hallar Nazirliyi dörd nəfərin tapılmadığını qeyd edir.

Hadisə yerində 120 nəfərdən ibarət axtarış-xilasetmə briqadasının işlədiyi vurğulanır.

Təhqiqatçılar hadisənin qaz partlayışı nəticəsində baş verdiyini, cinayət işi açıldığını bildirirlər.

Dekabrın 31-də Uralın Maqnitoqorsk şəhərində oxşar partlayış zamanı onmərtəbəli binanın bir hissəsi partlamışdı. Hadisə zamanı 39 nəfər həlak oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG