Keçid linkləri

Təcili xəbərlər
2019, 24 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:29

May parlamentə xəbərdarlıq edir


Theresa May

Britaniya deputatları Avropa Birliyi ilə imzalanmış Brekzit razılaşmasını yanvarın 15-nə təyin olunmuş səsvermədə rədd edərsə, demokratiyaya ictimai inama zərbə vurar. Bu xəbərdarlıqla Baş nazir Theresa May çıxış edib.

Yanvarın 13-də “Sunday Express” qəzetində dərc olunmuş şərhində May yazır ki, “parlamentə mesajım sadədir: oyunları unutmağın, ölkəmiz üçün düzgün olanı etməyin vaxtı çatıb”.

May parlamentin bəzi üzvlərinin Brekzit müzakirəsində siyasi oyunlar oynadığını söyləyib. Onun sözlərinə görə, deputatlar 2016-cı il referendumun nəticələrinə sayqı göstərməlidirlər. O zaman seçicilərin 52 faizi ölkənin AB-dən çıxmasına səs verib.

May dekabrın ortasına planlaşdırılmış parlament səsverməsini ertələyib. O zaman deputatların sazişin əleyhinə səs verəcəyi aydın idi.

İndi baş nazir parlamenti razılaşmanı dəstəkləməyə çağırır, deyir ki, Britaniya martın 29-dək AB-dən razılaşmasız çıxmasın, bu, ticarətə, iş yerlərinə, iqtisadi artıma təhlükə yaradar.

Günün bütün mövzuları

XS
SM
MD
LG