Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:35

Gömrük sədri: ‘17 iş prokurorluğa göndərilib’


Səfər Mehdiyev, 24 dekabr 2018
Səfər Mehdiyev, 24 dekabr 2018

“2018-ci ildə Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib”.

AZƏRTAC-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bunu yanvarın 11-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Onun deməsinə görə, ilin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.

S.Mehdiyev deyib ki, 2018-ci ildə gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb: “Cari ildə gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Aşkar edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb”.

S.Mehdiyev deyib ki, xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı tutduğu vəzifədən azad edilib: “Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Baş Prokurorluğuna göndərilib”

XS
SM
MD
LG