Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:54

Gömrük sədri: 'Ölkədə inhisarçılığın bir faizini göstərsəniz...'


S.Mehdiyev
S.Mehdiyev

«Azərbaycanda inhisarçılıq yoxdur».

«Report»un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirib.

«Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Bu, mümkün olan şey deyil. Belə fakt varsa, birini göstərin. Azərbaycanda qanunvericiliyə uyğun olan istənilən məhsulu icazə lisenziyası ilə ölkəyə alıb gətirmək mümkündür. Banan və digər kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ümumiyyətlə, sərbəstdir», - deyə S.Mehdiyev vurğulayıb.

DGK sədri inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcəyini bildirib: «Gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil. Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Kimsə elə bilir ki, mən inhisarçılığı qoruyuram. Xeyr, biz daxili bazarı qoruyuruq… Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab prezident tərəfindən verilib».

Gömrük Komitəsinin işini necə qiymətləndirirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Xatırlatma

Bəzi ekspertlər və iş adamları ölkə gömrüyündə inhisarın mövcud olduğunu deyirlər. Belə fikirləri hətta 2000-ci illərin əvvəlində o vaxtın iqtisadiyyat naziri olan Fərhad Əliyev də söyləyirdi.

Bir müddət öncə isə iqtisadçı Nazim Bəydəmirli demişdi ki, bu sahədə forma dəyişib, mahiyyət dəyişməyib: «Arxasında məmur dayanmayan şəxslərin gətirdiyi mallara invoys qiymətinə uyğun vergi və gömrük rüsumları tam hesablanılır. Ancaq məmur sahibkarlığına malik olan şəxslər eyni malları idxal edərkən invoysları dəyişdirərək bu və ya digər formada qiyməti aşağı göstərirlər. Onlar normal vergisini ödəmiş sahibkarlara nisbətən bazara çıxan zaman daha əlverişli şəraitdə olurlar...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG