Keçid linkləri

Təcili xəbərlər
2019, 20 May, Bazar ertəsi, Bakı vaxtı 23:31

Rusiya qüvvələrinin sərnişin təyyarəsini vurmasına icazə verən qanun hazırlanıb


Arxiv fotosu

Rusiyanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinə Rusiyanın hava məkanı daxilində sərnişin təyyarələrini vurmağa icazə verən qanun hazırlayıb.

Hökumətin təklif etdiyi qanun layihələrinin siyahısında yer alan sənəddə deyilir ki, Rusiyanın hava məkanına icazəsiz girən, xəbərdarlıq siqnallarına, xəbərdarlıq atəşlərinə cavab verməyən sərnişin təyyarələri kütləvi ölüm, ekoloji fəlakət, yaxud strateji hədəflərə hücum təhlükəsi yaradarsa vurulacaq.

Qanun layihəsində həmçinin vurğulanır ki, Müdafiə Nazirliyi Rusiya hava məkanının 50 kilometrliyində olan naməlum təyyarələrə reaksiya verməlidir.

Sənədə görə, sərnişin təyyarələri “real insan ölümü, yaxud ekoloji fəlakət təhlükəsi yaratmırsa”, vurula bilməz.

Layihədə belə təhdidlərin necə müəyyənləşdiriləcəyi göstərilmir.

Rusiya hökumətinin 1994-cü ildə qəbul etdiyi qətnamə hərbi qüvvələrin içərisində sərnişin olan mülki təyyarələri vurmasını qadağan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG