Keçid linkləri

Təcili xəbərlər
2019, 25 İyun, çərşənbə axşamı, Bakı vaxtı 07:39

Azərbaycanda illik inflyasiya açıqlandı


Supermarket

2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2.3 faiz bahalaşıb.

Bu barədə bu gün, yanvarın 11-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumatda vurğulanıb ki, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1.7, qeyri-ərzaq mallarının qiymətləri 2.6, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 2.7 faiz yüksəlib.

DSK bildirir ki, 2018-ci ilin dekabrında noyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.8 faiz bahalaşıb. Bir ayda ərzaq məhsulları, içkilər və tütün məmulatlarında 1.7, qeyri-ərzaq mallarında 0.2, əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 0.1 faiz qiymət artımı qeydə alınıb.

Xatırlatma

Amma bəzi müstəqil və müxalifyönlü iqtisadçılar bu rəqəmlərə şübhə ilə yanaşırlar. Onların bəzilərinin iddiasına görə, ötən il reallıqda inflyasiya hətta 10 faizə yaxın olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG