Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Yanvar, Cümə axşamı, Bakı vaxtı 04:52

Prezident 2019-cu ili 'Nəsimi İli' elan edib


Nazirlər Kabinetinin iclası

Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda «Nəsimi İli» elan edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı bunu bu gün, yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İ.Əliyev şair İmadəddin Nəsiminin doğulmasından 2019-cu ildə 650 ilin keçdiyini qeyd edərək bu ili Azərbaycanda «Nəsimi İli» elan etdiyini deyib. O, Nəsimini Azərbaycan şairi adlandırıb.

Azərbaycan tarixçilərinin iddiasına görə, İmadəddin Nəsimi (Seyid Əli Seyid Məhəmməd oğlu) 1369-cu ildə Şamaxıda (Azərbaycan paytaxtı Bakıdan 120 kilometr aralı) doğulub. 1417-ci ildə edam edildiyi vurğulanan şairin Hələbdə (Suriya) dəfn olunduğu bildirilir.

2018-ci il isə Azərbaycanda «Xalq Cümhuriyyəti İli» elan edilmişdi.1918-ci ildə qurulan XC Rusiyanın silahlı müdaxiləsi nəticəsində 1920-ci ildə süqut edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG