Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 20:51

Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək


Bakı-Sumqayıt qatarı

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti təmirlə əlaqədar iki gün ləğv ediləcək.

Bu barədə «Azərbaycan Dəmir Yolları» QSC məlumat yayıb.

«Sumqayıt sərnişin stansiyasının tək, cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar 12 və 13 yanvar tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir», - qurumun açıqlamasında yazılıb.

Xatırlatma

Bakı-Sumqayıt qatarı hələ sovet dövründən fəaliyyət göstərib. 2015-ci ildən etibarən isə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünüb. Onda Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmağa başlanıb. Həmin vaxt xəttə yeni, müasir qatarlar buraxılıb. Ona qədər isə bu sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG