Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:11

Mərkəzi Bankın ehtiyatı artıb


Mərkəzi Bank

2018-ci ilin sonunda Mərkəzi Bankın (MB) valyuta ehtiyatları 5 milyard 622 milyon dollar təşkil edib.

Bu barədə MB-nin hesabatında bildirilir.

2018-ci ilin dekabrında xarici valyuta ehtiyatları noyabra nisbətən 32 milyon dollara yaxın və ya təqribən 0.5 faiz artıb.

Mərkəzi Bankın valyuta ehtiyatları illik hesablamada 288 milyon dollara yaxın və ya 5.4 faiz çoxalıb.

Son illər ölkədə valyuta hərracına Mərkəzi Bank yox, Dövlət Neft Fondu vəsait çıxarır.

Amma MB ehtiyatı 2015-ci ildə baş verən devalvasiyalar (manat dollara nisbətən iki dəfə dəyər itirmişdi) ərəfəsi ilə müqayisədə çox azdır. 2014-cü ilin sonlarında Mərkəzi Bankın 15 milyard dollardan çox ehtiyatı var idi.

Multimedia

XS
SM
MD
LG