Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:34

Sülhməramlıların bir qrupu Bakıda


Sülhməramlılar. Foto arxiv

Əfqanıstanda xidmət keçən Azərbaycan sülhməramlılarının bir qrupu vətənlərinə qayıdıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yanvarın 10-da yaydığı məlumatda bildirilir.

Nazirliyin yaydığı məlumata görə, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi «Qətiyyətli Dəstək» missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Azərbaycan Silahlı Qüvvələri Əfqanıstandakı sülhməramlı missiyada 2002-ci il noyabrın 20-dən iştirak edir.

NATO-nun «Qətiyyətli dəstək» missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.

Hazırda Azərbaycanın 120 nəfərlik sülhməramlı kontingenti Əfqanıstandakı «Qətiyyətli Dəstək» missiyasına öz dəstəyini verir.

Multimedia

XS
SM
MD
LG