Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Trump demokratlarla büdcə toplantısını tərk edib


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump demokrat konqresmenlərlə büdcəylə bağlı toplantını tərk etdiyini deyib. Səbəb demokratların ona ABŞ-Meksika sərhədinin hasarlanmasına pul ayırmayacaqlarını söyləmələridir.

Trump yanvarın 9-da senator Chuck Schumer və Nümayəndələr Palatasının spikeri Nancy Pelosi ilə görüşdən sonra Twitter-də yazıb ki, “elə indicə Chuck və Nancyilə görüşdən çıxdım, tam bir vaxt itkisi idi”:

“Soruşdum ki, 30 günə nə baş verəcək, Divar, yaxud Polad Sədd daxil Sərhəd Təhlükəsizliyinə səs verəcəksinizmi? Nancy dedi ki, XEYİR. Mən də dedim salamat qalın, başqa yol qalmayıb”.

“İSTƏDİYİNİ ALA BİLMƏDİYİ ÜÇÜN...”

Schumer Ağ evin qarşısında jurnalistlərə prezidentin dediklərini əsasən təsdiqləyib.

Nancy Pelosi (sağda) və Chuck Schumer
Nancy Pelosi (sağda) və Chuck Schumer

Spiker Pelosidən soruşdu ki, hasarıma hə deyəcəksiniz? O dedi ki, xeyir. Onda ayağa qalxıb dedi ki, müzakirə ediləsi bir şeyimiz yoxdur və görüşdən çıxdı”, – Schumer söyləyib.

Schumer prezidentin hərəkətlərini “istədiyini ala bilmədiyi üçün qəzəb tutması” adlandırıb.

Trump Konqresdən Meksikayla sərhədin hasarlanmasına 6 milyard dollar istəyib.

Demokratlar bu təklifə qarşı çıxırlar. Konstitusiyaya uyğun olaraq, bəzi istisnalarla, prezident konqresin dəstəyi olmadan bu tip layihələrə pul xərcləyə bilməz.

Bu mübahisə dekabrın 21-dən federal hökumətin qismən bağlanmasıyla sonuclanıb.

Trump prezident seçkisi kampaniyası zamanı immiqrasiyanı böyük problem adlandırır, sərhədin hasarlanacağı vədini verirdi.

Demokratlar isə Trump-ı immiqrasiya təhlükəsini şişirtməkdə, federal işçilərdən bu məsələdən təzyiq aləti kimi istifadə etməkdə suçlayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG