Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:41

Əməkhaqqı bir ildə 2.9 faiz artıb


Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Maaş və pensiyalar nə qədər artsın?

2018-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 553.6 min nəfər olub.

Bu barədə bu gün, yanvarın 9-da Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilir.

DSK vurğulayır ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2.1 faiz artım deməkdir.

Məlumatda qeyd edilir ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin eyni dövrünə nisbətən 2.9 faiz artaraq 540.1 manat olub.

Son iki ildə Azərbaycanda pensiyalar əməkhaqqıdan asılı olaraq artır. Bu o deməkdir ki, bu il Azərbaycanda pensiyalar təqribən 3 faiz civarında artacaq. Əvvəllər pensiyaların məbləği inflyasiyadan asılı olaraq dəyişdirilirdi. Ötən ilin 11 ayında inflyasiya da təqribən 3 faizə yaxın olub. Bundan əvvəlki il isə inflyasiya əməkhaqqı artımını iki dəfə üstələmişdi.

Müstəqil ekspertlər qanunvericiliyə sözügedən dəyişikliyi də həmin vaxt hökumətin pensiya artımında bir elə maraqlı olmaması ilə izah etmişdilər.

Multimedia

XS
SM
MD
LG