Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:48

AB iranlılara sanksiya tətbiq edir


Parisdə iranlıların yürüşü, arxiv fotosu

Yanvarın 8-də Avropa Birliyi İranın kəşfiyyat xidmətinə və iki iranlıya sanksiya tətbiq edilməsinə səs verib. Bu, Danimarka və Fransada İranın sui-qəsd planlaşdırması iddialarından sonraya təsadüf edir.

Sanksiyalara AB nazirləri Brüsseldə iclasda səs veriblər, yanvarın 9-da rəsmən təsdiqlənəcəyi gözlənir. Sanksiya tətbiq olunmuş iranlıların adları açıqlanmayıb.

AB nazirləri terrorçu siyahısını yenidən nəzərdən keçiriblər. Bu siyahıya AB tərəfindən aktivləri dondurulmuş təşkilatlar və fərdlər daxildir. 2001-ci ilin 11 sentyabr terrorundan sonra tərtib olunmuş bu siyahıya beş iranlının adı daxildir.

Fransa və Danimarka diplomatları hələ dekabrda AB-dəki həmkarlarına İranın iddia olunan terror planları barədə məlumat veriblər.

Fransa İranı Paris yaxınlığında İran müxalifət qrupunun təşkil etdiyi yürüşə bomba hücumu planlaşdırmaqda suçlayıb.

Danimarka polisi isə oktyabrda Tehranı iranlı müxalifətçilərə qarşı sui-qəsd planı hazırlamaqda ittiham edib.

Fransa sözügedən iki iranlıya və İranın təhlükəsizlik xidmətinə artıq sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG