Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

Dünya Bankının prezidenti istefa verir


Jim Yong Kim çıxış edir, arxiv fotosu

Jim Yong Kim Dünya Bankının prezidenti vəzifəsindən istefa verib.

Bankın yanvarın 7-də bildirməsinə görə, 59 yaşlı Kim “bir şirkətdə çalışacaq, inkişaf etməkdə olan ölkələrə infrastruktur sərmayələrinin artırılmasına diqqət ayıracaq”.

Bu gözlənilməz istefanın səbəbi açıqlanmayıb.

Kim vəzifədə altı il qalmışdı.

O, 2022-ci ildə getməliydi, 2017-ci ildə daha beş il müddətinə sədr seçilmişdi.

Bankının baş icra rəsmisi olan Kristalina Georgieva fevralın 1-dən prezidentin vəzifələrini icra etməyə başlayacaq.

Dünya Bankının başçısı adətən amerikalı, Beynəlxalq Valyuta Fondunun direktoru isə avropalı olur.

Ancaq bəzi ölkələr yeni yaranan bazarlardan təmsilçi seçilməsini istəyirlər.

XS
SM
MD
LG