Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:08

T.Yaqublu: 'Aclıq edənlərin səhhəti pisləşib'


Aclıq aksiyası.

«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə başlandığı açıqlanan aclıq aksiyasının hələ də Müsavat Partiyasının qərargahında davam etdirildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublu məlumat verib. Onun vurğulamasına görə, bəzi aksiya iştirakçılarının səhhəti pisləşib. O, belə şəxslərdən xüsusi olaraq Fatimə Mövlamlı və Leyla Babayevanın adlarını çəkib: «Odur ki, onları aksiyanı dayandırmağa razı sala bildik».

T.Yaqublunun deməsinə görə, yanvarın 2-dən aclıq edən AXCP üzvü Tofiq Məmmədovdan da aksiyanı dayandırmağı xahiş etmək niyyətindədirlər. «Artıq hiss edilir ki, aclıq ona ciddi təsir göstərir və buna görə də xahiş edəcəyik ki, aclığı dayandırsın».

Müsavat Partiyası Divanının üzvünün bildirməsinə görə, aksiyaya qoşulmaq istəyənlər də var, amma yer azlığı buna imkan vermir.

T.Yaqublu deyib ki, hazırda aclığı ondan başqa daha 6 nəfər davam etdirir: «Bunlar Tofiq Məmmədov, aksiyaya yanvarın 6-dan başlamış Elşad İsrafilov, Yaşar Ferazi, Fuad Rəhimli, Mübariz Fətullayev və Rövşən Niftalızadədir».

T.Yaqublu bildirib ki, aksiya iştirakçılarının səhhəti tanış həkimlərin nəzarəti altındadır.

T.Yaqublu: 'Təcili yardıma müraciət edilib'

«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə başlandığı açıqlanan aclıq aksiyasının Müsavat Partiyasının qərargahında davam etdirildiyi deyilir.

Bunu AzadlıqRadiosuna keçmiş məhbus, Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublu bildirib. Onun sözlərinə görə, aclıq aksiyası iştirakçılarının Müsavat Partiyasının qərargahına gəldiyi ilk gündən problemlərlə üzləşiblər: «Dünən (yanvarın 7-si) gecədən işıqları söndürdülər, bu da otaqda soyuqluq yaradıb. Telefonlarımızın batareyaları bitmək üzrədir. Amma aclıq aksiyası davam edir».

T.Yaqublu bildirib ki, oktyabrın 7-si aksiya iştirakçısı Fatimə Mövlamlının səhhəti pisləşib, onda baş gicəllənmə əmələ gəlib, təcili yardım stansiyasına müraciət edilib. «F.Mövlamlı ilə yanaşı, hamımızın təzyiqlərini ölçdülər. F.Mövlamlının sağlıq durumu yaxşılaşandan sonra getdilər», - T.Yaqublu vurğulayıb.

Müsavat Partiyası Divanının üzvünün sözlərinə görə, hazırda aclıq aksiyasını ondan əlavə 6 nəfər davam etdirir.

Müsavat Partiyasında bloqqerə dəstək

«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə başlandığı açıqlanan aclıq aksiyasının Müsavat Partiyasının qərargahında davam etdirildiyi bildirilir.

Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublunun yanvarın 4-dən aclıq aksiyasına başladığı deyilir. Ondan əvvəl, yanvarın 2-də isə AXCP fəalı Tofiq Məmmədov aclıq aksiyasına başladığını bildirmişdi.

Dünən, yanvarın 6-dan bu aksiyaya daha 3 nəfərin – ictimai fəal Fatimə Mövlamlının, Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Elşad İsrafilovun və AXCP üzvü Yaşar Ferazinin qoşulduğunu açıqlamışdılar.

Bu gün, yanvarın 7-də Fuad Rəhimli (Müsavat) və Leyla Babayeva (bitərəf) aksiyaya qatıldıqlarını açıqlayıblar.

T.Yaqublu bildirib ki, aksiyanın məqsədi Azərbaycanda qanunların işləməsinə, bloqqer M.Hüseynov və başqa siyasi məhbusların azad edilməsinə nail olmaqdır: «Biz çalışırıq ki, bütün demokratik vasitələrdən istifadə edək, necə alınacaq, bu, gələcəyin işidir. Mən Müsavat Partiyasının üzvü kimi təşkilatımızın xəttinə uyğun mübarizə aparıram».

Professor Adil Qeybulla aclıq edənləri ziyarət edərkən deyib ki, mütləq onlar tez-tez su qəbul etməlidirlər. «Aksiya tibbi qaydaya uyğun aparılmalıdır. İndi qrip yayıldığından onları ziyarət edənlər bunu nəzərə almalıdırlar», - deyə o vurğulayıb.

Hələlik, bu aksiyaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs verilə bilər. Vəkillərinin bildirməsinə görə, M.Hüseynovun özü ittihamı qurama sayır. O, buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını açıqlayıb. Onun bu üzdən səhhətinin ağırlaşdığı bildirilir. Ancaq Penitensiar Xidmətdən də vurğulayıblar ki, M.Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib, o, yemək qəbul edir.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

Multimedia

XS
SM
MD
LG