Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:24

Pravoslavların Milad bayramıdır


Tatarıstanda Milad
Tatarıstanda Milad

Yanvarın 7-də pravoslav xristianlar Milad bayramı keçirir. Moskvada, Betlehemdə, Yerusəlimdə, Qahirədə və dünyanın bir çox şəhərlərində bu müqəddəs gün qeyd olunur.

Yuli təqvimindən istifadə edən pravoslav kilsələr bu günü yanvarın 7-də, Qriqori təqviminə əməl edənlər isə dekabrın 25-də qeyd edir.

Builki Milad pravoslav məzhəbi üçün çətin dönəmə təsadüf edir.

Ukrayna oktyabrda İstanbul Patriarxlığının dəstəyilə müstəqil kilsə qurub. Rusiya bu addım qarşı çıxıb.

Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yardımadasını ilhgaq edib, Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bundan sonra ukraynalılar müstəqil kilsə yaratmaq cəhdlərini gücləndiriblər.

Ukraynada Milad yarmarkası
Ukraynada Milad yarmarkası

Rusiya Prezidenti Vladimir Putin Sankt Peterburqdakı kilsəyə Pantokrator İsa ikonasını hədiyyə edib. Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill isə Moskvadakı Xilaskar İsa Kilsəsində ibadətə başçılıq edib.

Rusiya liderlərinin Milad ibadətinə qatılması artıq bir ənənəyə çevrilib.

Betlehemdə isə yunan Pravoslav Patriarxı III Theophilos-un iştirakıyla yüzlərlə adam Doğuş Kilsəsində dini ayinə yığışıb. İsa peyğəmbərin bu torpaqlarda dünyaya göz açdığı bildirilir.

Fələstin polisi bu arada “xəyanətkar” şüarını səsləndirən onlarla etirazçının qarşısını kəsməli olub. Nümayişçilər Yunan Pravoslav Kilsəsinin əsasən Fələstinə aid şərqi Yerusəlimdə yəhudi məskənləri salan qruplara əmlak satmasına etiraz edirlər.

İsraillilərin şərqi Qüdsdə torpaq və əmlak alması fələstinliləri qəzəbləndirib. Onlar bu ərazini gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail şərqi Qüdsü ilhaq etsə də, beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

Qahirədə Misir prezidenti Kopt Pravoslav Kilsəsinin yeni binasının, eləcə də regionun ən böyük məscidlərindən birinin açılışını edib. Qeyd edək ki, Misirdə islamçı yaraqlılar ölkənin azlıqda olan xristianlarına dəfələrlə ölümcül hücumlar təşkil ediblər.

Prezident Abdel Fattah al-Sisi isə məzhəblərarası harmoniyanın əsas siyasi hədəf olduğunu deyir. Ancaq onun özü də xristianları və digər azlıqları yetərincə qorumadığına görə az tənqid olunmur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG