Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

London Whelan-ın taleyindən narahatdır


Paul Whelan
Paul Whelan

Britaniya Rusiyaya “diplomatik şahmat oyunu” oynamamaq xəbərdarlığı edir. Bu xəbərdarlıq ikili ABŞ, Britaniya vətəndaşlığı olan Paul Whelan-ın Moskvada casusluq ittihamıyla saxlanmasından sonra səslənib.

Diplomatik şahmat oyunlarında fərdlərdən istifadə olunmasıyla razılaşmırıq. Ondan və ailəsindən həddən artıq narahatıq”, – Britaniyanın xarici işlər naziri Jeremy Hunt yanvarın 4-də BBC-yə deyib.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti dekabrın 31-də ABŞ-ın keçmiş dəniz piyadası Paul Whelan-ın Moskvada casusluqla şübhəli bilinərək saxlandığını açıqlayıb.

Bu həbs Moskvayla Qərbi onsuz da gərgin münasibətləri ilə eyni vaxta təsadüf edir. Rusiyanın Suriya və Ukrayna münaqişələrindəki rolu, ABŞ və başqa ölkələrdə seçkilərə müdaxilə iddiaları, Britaniyada keçmiş agentin zəhərlənməsindən sonra Moskvaya münasibət sərtləşib, sanksiyalar tətbiq olunub.

Jeremy Hunt
Jeremy Hunt

Paul Whelan sarıdan çox narahatıq, konsulluq köməyi təklif etmişik. Birləşmiş Ştatlar bu məsələyə ona görə başçılıq edir ki, o həm Britaniya, həm də Amerika vətəndaşıdır”, – Hunt söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova-nın deməsinə görə, Britaniya rəsmiləri Whelan-a konsulluq xidməti göstərilməsi üçün müraciət ediblər.

Interfax Rusiya hakimiyyətinin yanvarın 3-də Whelan-a rəsmi ittihamlar irəli sürdüyünü bildirib.

Whelan-ın vəkili Vladimir Zherebenkov ittihamları şərh etməyib, ancaq deyib ki, Whelan-ın azı fevralın 28-dək Moskvada təcridxanada saxlanacağı gözlənir.

Zherebenkov yanvarın 3-də iki aylıq həbs qətimkan tədbirindən şikayət verdiyini, Whelan-ın zaminə buraxılmasını istədiyini söyləyib.

ABŞ-ın Rusiyadakı səfiri Jon Huntsman yanvarın 2-də təcridxanada Whelan-a baş çəkib, onun ailəsilə telefonla danışıb.

Ailəsi onun casus olmadığını, Moskvaya toya getdiyini deyir. Ailəsinin deməsinə görə, dekabrın 28-dən ondan xəbər tutmayıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG