Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:29

Trump Konqres liderlərilə görüşəcək


Kapitoli binası
Kapitoli binası

Yanvarın 4-də ABŞ Prezidenti Donald Trump Konqres liderlərilə bir araya gələcək. Tərəflər Trump-ın sərhədin hasarlanmasına pul ayrılması tələbini və hökumətin qismən bağlanmasını müzakirə edəcəklər.

Trump Meksikayla sərhədin hasarlanmasına 5 milyard dollar istəyir. Demokratlar isə buna qarşı çıxır, sərhədə indiki 1,3 milyard dollardan artıq vəsait ayrılmasına etiraz edir.

Prezident mövqeyindən geri çəkilənə oxşamır, yanvarın 3-də tvitində yazıb ki, “Hasarı çəkin”.

Elə demokratlar da 4 yanvar görüşü öncəsi güzəşt əlaməti göstərməyiblər.

“HASAR ÇƏKMİRİK”

Hasar çəkmirik”, – Nümayəndələr Palatasının yeni sədri kimi and içmiş Nancy Pelosi deyib.

Nancy Pelosi
Nancy Pelosi

Demokratların alqışları altında danışan Pelosi deyib ki, ABŞ seçiciləri noyabr seçkisində “yeni üfüq” tələb ediblər. Demokratlar həmin seçkidə palatada çoxluğu ələ alıblar.

Trump qanunsuz immiqrantları və narkotik maddələrin axınını önləməkdən ötrü hasarın gərəkdiyini deyir. O, 2016-cı ildə prezidentliyə namizədliyini verəndə Meksikanın hasarın pulunu ödəyəcəyini vəd edib, ancaq sonuncu bundan imtina edib.

Prezidentlə Konqres liderlərinin dil tapa bilməməsi ucbatından hökumət bağlanıb.

Dekabrın 22-dən federal hökumətin dörddə biri bağlanıb. 800 minədək federal işçi bunun təsirinə məruz qalıb.

Dünən – yanvarın 3-də Palata demokratların hazırladığı, hökumətin dərhal açılmasını hədəfləyən iki qanun layihəsini qəbul edib. Ancaq Ağ ev bu sənədlərə veto qoymaqla hədələyib. Senatda çoxluğun lideri, respublikaçı Mitch McConnell Palatanın işini “səmərəli qanunvericilik deyil, siyasi teatr” adlandırıb.

Demokrat konqresmen Lucille Roybal-Allard jurnalistlərə deyib ki, sərhədin hasarlanması sonucda 24 milyard dollardan da baha başa gələr və daha vacib milli təhlükəsizlik məsələlərini əngəlləyər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG