Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 00:36

Mustafa Hacıbəyli hakim önünə çıxarılır


M.Hacıbəyli

Yanvarın 11-də bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli hakim önünə çıxarılacaq.

Bu barədə AzadlıqRadiosuna Mustafa Hacıbəylin özü bildirib.

M.Hacıbəylinin deməsinə görə, həmin vaxt onunla bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçiriləcək.

Gəncə hadisələrindən sonra M.Hacıbəyliyə Bakı Şəhər Prokurorluğunda cinayət işi açılmışdı. Onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılırdı.

Prokurorluq M.Hacıbəyli haqqında polis nəzarətinə götürmə tədbiri seçib.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Onda bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı. Onların arasında bastainfo.com saytı da var idi. Həmin saytlara ölkə daxilindən giriş məhdudlaşdırıldı və onların əməkdaşları istintaqa çağırılmağa başlandı. Saytlar ittihamları qəbul etmir, bunu media azadlığının boğulması kimi dəyərləndirirlər.

Sui-qəsd nəticəsində ağır yaralanan E.Vəliyev isə sonradan prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG