Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:26

Trump Əfqanıstan barədə: ‘Onlar savaşmalıdırlar’


 Donald Trump (ortada)
Donald Trump (ortada)

ABŞ Prezidenti Donald Trump Rusiya, Pakistan və Hindistanı Əfqanıstandakı münaqişədə daha çox rol oynamağa çağırıb. O, ABŞ hərbçilərinin bu ölkədə uzunmüddətli qalmasına qarşı olduğunu da dilə gətirib.

Yanvarın 2-də jurnalistlərə danışan Trump deyib ki, Moskvanın 1980-ci illərdə Əfqanıstana müdaxiləsi “müflisləşmə” və Sovet İttifaqının dağılmasıyla sonuclandı.

“ONLAR SAVAŞMALIDIRLAR”

Əfqanıstanda Taliban və İslam Dövləti yaraqlıları ilə mübarizədən danışan Trump regiona yaxın ölkələri bu mübarizəyə qoşulmağa səsləyib.

Başqa ölkələrə baxın... Pakistan ordadır. Onlar savaşmalıdırlar. Rusiya savaşmalıdır”, – o deyib.

Rusiya 1980-ci illərdə Əfqanıstana ona görə girdi ki, terrorçular Rusiyaya doğru gedirdilər. Oraya girməkləri düz qərar idi”, – Trump vurğulayıb.

“Problem ondadır ki, savaş ağır keçdi. Onlar hərfən müflisləşdilər. Onlar oraya yenidən Rusiya adlandırılmaq üçün getdilər”, – prezident qeyd edib.

Əfqanıstan, arxiv fotosu
Əfqanıstan, arxiv fotosu

Rusiya niyə indi orada deyil? Niyə Hindistan orada deyil? Niyə Pakistan orada deyil? Niyə biz 6 min mil uzaqda ola-ola ordayıq?” – o əlavə edib.

Sovet İttifaqı 1979-88-ci illərdə Əfqanıstanı işğal edib, Kabilə nəzarətdən ötrü fərqli mücahid qüvvələrə qarşı vuruşub. Böyük itkilərdən sonra sovet qüvvələri geri çəkilib, SSRİ isə 1991-ci il dekabrın 26-da dağılıb.

Trump Əfqanıstandakı 14 min ABŞ hərbçisinin bu ölkədən çıxarılması barədə məlumatlara toxunmayıb. 2001-ci ildə Taliban hakimiyyətdən uzaqlaşdırılandan Qərb qüvvələri oradadır.

“BEŞ SAATA XƏRCLƏDİYİMİZ”

ABŞ prezidenti Hindistanın baş naziri Narendra Modi-nin Əfqanıstanda bir kitabxananı maliyyələşdirməsini lağa qoyub.

“Modi mənə elə hey deyir ki, Əfqanıstanda kitabxana tikib. Bilirsiz bu nə deməkdir? Bizim beş saat ərzində xərclədiyimizdir”, – Trump bildirib.

Görünür, biz də kitabxanaya görə çox sağ ol deməliyik. Heç bilmirəm Əfqanıstanda ondan kim istifadə edir”, – o, sözlərinə əlavə edib.

Əfqanıstanla Hindistanın münasibətləri istidir.

2017-ci ildə Əfqanıstanın Hindistanda səfiri Shaida Abdali deyib ki, Hindistan Əfqanıstanın ən böyük regional donorudur, 2011-ci ildən ona 3 milyard dollardan artıq yardım ayırıb.

Kabil və Vaşinqton Pakistanı Əfqanıstanda əməliyyatla aparan yaraqlılara sığınacaq verməkdə suçlayır. İslamabad iddiaları rədd edir.

ABŞ rəsmiləri Rusiyanı da yaraqlılara yardım göstərməkdə ittiham edib. Moskva bu ittihamı da yalanlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG