Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:42

Çexlərin çoxu özünü ‘dinsiz’ sayır


Praqada Karl körpüsü, arxiv fotosu
Praqada Karl körpüsü, arxiv fotosu

1993-cü il yanvarın 1-də Çexoslovakiya sülh yoluyla Çexiya Respublikası və Slovakiyaya ayrıldı, bu hadisəni “Məxməri boşanma” adlandıranlar da var. Ancaq 75 il birlikdə yaşamalarına baxmayaraq, hazırda bu iki ölkə dini baxımdan bir-birindən kəskin fərqlənir. Bunu “Pew” Araşdırma Mərkəzinin son sorğusu üzə çıxarıb.

AVROPADA ƏN BÖYÜK GÖSTƏRİCİ

Slovakiya əhalisinin əksəriyyəti katoliklərdir (63%). Çexlərin isə hər 10 nəfərindən yeddisi (72%) özünü heç bir dinə aid etmir. Bu, mərkəzin sorğu keçirdiyi 34 Avropa ölkəsində ən yüksək göstəricidir. Bundan başqa, Çexiyaya baxanda Slovakiyada daha çox adam Allaha inandığını deyib – uyğun olaraq, 69 və 29 faiz.

Mərkəz Çexiyanın dini mənzərəsini özünü katolik adlandıranların sayında kəskin düşüşlə izah edir. Məsələn, 1991-ci ildə Pew-nun sələf təşkilatının keçirdiyi sorğuda Çexoslovakiyada yaşayan çexlərin 44 faizi özlərini katolik kimi təqdim etmişdilər. Bu gün isə cəmi 21% özünə katolik deyir.

Çexiyada kilsə
Çexiyada kilsə

Slovaklar dini qaydalara çexlərdən daha çox əməl edirlər. Məsələn, slovakların 31, çexlərin isə 9 faizi gündəlik ibadət etdiyini deyib. 31 faiz slovak ayda azı bir dəfə dini mərasimə gedirsə, çexlər arasında bu göstərici 11 faizdir. Slovaklar (23%) çexlərə (7%) nisbətən dinin həyatlarında daha mühüm yer tutduğunu dilə gətiriblər.

Üstəlik, slovaklar dini azlıqları çexlərdən daha çox qəbul etməyə hazırdırlar. Slovakların demək olar yarısı (47%) deyib ki, müsəlmanları ailə üzvləri kimi qəbul etməyə hazırdırlar, hər dörd nəfərdən üçü isə (73%) bunu yəhudilər haqda söyləyib. Müqayisə üçün, çexlərin yalnız 12%-i müsəlmanları, 51 faizi isə yəhudiləri qəbul edə biləcəyini deyib.

MİLLİ, MƏDƏNİ MƏSƏLƏLƏR

Millət və mədəniyyət məsələlərinə gəlincə, çexlər millətçi bəyanatlarla daha çox razılaşırlar. Hər iki ölkədə təxminən eyni sayda adam düşünür ki, ölkələri ilə ailə bağları millətin əsl təmsilçisi olmaq üçün “çox”, yaxud “nisbətən” vacibdir. Ancaq slovaklara nisbətən daha çox çex öz ölkəsində doğulmağı vacib sayır (uyğun olaraq 78 və 56%).

Xalqımız bitkin olmasa da, mədəniyyətimiz digərlərindən üstündür”. Bu bəyanatla daha çox çexlər (55%) razılaşır, nəinki slovaklar (44%).

Çexlər isə slovaklara nisbətən sosial baxımdan daha az mühafizəkar sayıla bilərlər. Çexlərin əksəriyyəti (84%) düşünür ki, abort bütün hallarda qanuni olmalıdır, geylərin və lezbianların nikaha girməsinə icazə verilməlidir.

Slovakiyada qanuni abortu 70%, eynicinsli nikahı 47% dəstəkləyir.

Pew qeyd edir ki, çexlərlə slovaklar təkcə dini deyil, etik və mədəni baxımdan da fərqlənirlər. Bu, həmçinin siyasi, iqtisadi və digər səbəblərdən Slovakiyanın siyasi liderləri 1989-cu ildə kommunizm dağılınca Çexoslovakiyadan ayrılmağa qərar verdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG