Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 17:34

Trump Konqres liderlərini Ağ evə dəvət edib


Donald Trump və respublikaçı senator Lindsey Graham

ABŞ Prezidenti Donald Trump Konqresin hər iki palatasının liderlərini Ağ evə dəvət edib. Onların sərhəd təhlükəsizliyini müzakirə edəcəyi gözlənir. Hazırda büdcəylə bağlı yaranmış mübahisə üzündən ABŞ hökuməti qismən bağlanıb.

Yanvarın 2-də Konqresin səkkiz lideri Daxili Təhlükəsizlik Departamentində məlumatlandırılacaq. Büdcəylə bağlı tərəflər arasında hansısa danışıqların aparılacağı bəlli deyil.

Sabah – yanvarın 3-də isə Konqres yeni tərkibdə bir araya gələcək, artıq Nümayəndələr Palatasında çoxluq demokratların əlindədir.

Trump Meksikayla sərhədi hasarlamağa 5 milyard dollar istəyir. Konqresdəki demokratlar sərhəd məsrəflərini artırmaqdan imtina edir, hazırkı 1,3 milyard dollarlıq həddi saxlamaqda israrlıdır.

Bu mübahisə üzündən ABŞ hökumətin dekabrın 22-dən qismən bağlıdır.

Demokratlar hökumətin maliyyələşdirilməsi üzrə iki qanun layihəsinin qəbulunu planlaşdırıqlarını bildiriblər. Respublikaçıların nəzarət etdiyi Senat dekabrda oxşar planı qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG