Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 19:03

Pekindən Tayvan bəyanatı


Tsai Ing-wen

Pekin Tayvanla Çinin sülh yoluyla birləşməsinə qarşı çıxan qüvvələrə qarşı “bütün gərəkən tədbirlər”ə əl atmaq variantından əl çəkməyəcək. Bunu Çin Prezidenti Xi Jinping deyir.

Xi yanvarın 2-də deyib ki, birləşmənin sonucda baş verəcəyinə şübhə yoxdur.

O, Tayvan boğazındakı hər iki tərəfi həmin məqsədə doğru işləməyə çağırıb.

Yanvarın 1-də Tayvan prezidenti Tsai Ing-wen Çini qarşılıqlı məsələləri yalnız sülh yoluyla həll etməyə çağırıb. “Çini Tayvanda Çin Cümhuriyyətinin mövcudluğu reallığını qəbul etməyə səsləyərdim”, – o deyib.

Tsai əlavə edib ki, Çinin Tayvandakı siyasi və ictimai proseslərə müdaxiləsi hazırda “ölkənin ən böyük problemidir”.

Çin Tayvanın daxili işlərinə müdaxilə etmədiyini deyir.

Chiang Kai-shek-in rəhbərlik etdiyi Çin millətçi qüvvələri 1949-cu ildə, kommunistlərlə müharibəni uduzandan sonra Tayvana qaçıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG