Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:37

Türkmənistanda alkoqolla bağlı qanun qüvvəyə minir


Gurbanguly Berdimuhamedov Yeni il tədbirində

Türkmənistanda alkoqol satışını kəskin məhdudlaşdıracaq qanun qüvvəyə minib. Yanvarın 1-dən bu əsasən müsəlman ölkəsində alkoqol qatarlarda, təyyarələrdə, bərələrdə, idman komplekslərində qadağan olunur. Milli bayram günlərində də spirtli içki satışı yasaqlanır.

2021-ci ildən isə alkoqol şənbə və bazar günləri barlar və restoranlar istisna olmaqla hər yerdə qadağan olunacaq.

Hazırda Türkmənistanda 5,6 milyon nəfər yaşayır. Ölkədə kəskin iqtisadi böhran yaşanır, işsizlik səviyyəsi və inflyasiya yüksəkdir, ərzaq qıtlığı var.

Türkmənistana avtoritar lider Gurbanguly Berdymukhammedov rəhbərlik edir. O, özünü bir çox idman növləri üzrə uğurlu atlet kimi göstərir.

Berdymukhammedov ölkə vətəndaşlarını idmanla məşğul olmağa çağırır, 2025-ci ilədək ölkəni alkoqolsiz bir məkana çevirəcəyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG