Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:42

Trump Suriyadan əsgərlərin çıxarılmasını ‘yavaşıdır’ – Qərb mediası


Suriyada ABŞ zirehli maşınları
Suriyada ABŞ zirehli maşınları

Prezident Donald Trump ABŞ əsgərlərinin Suriyadan çıxarılmasını yavaşıtmaq göstərişi verib. Bunu respublikaçı senator Lindsey Graham dünən – dekabrın 30-da deyib.

Məncə, biz fasilə vermişik”, – “The Associated Press” agentliyinin yazmasına görə, Cənubi Karolinadan olan respublikaçı Ağ evdə prezidentlə nahardan sonra deyib.

Trump bu ayın əvvəlində elan edib ki, təxminən 2 min əsgər Suriyadan çıxarılacaq. Prezidentin köməkçiləri bunun sürətlə baş verəcəyini deyirdi. Prezident Suriyada İslam Dövləti silahlı qruplaşması üzərində qələbə çalındığını elan etmişdi.

Graham Trump-ın bu qərarını kəskin tənqid edirdi. Qərar hər iki partiya tərəfindən tənqidlə qarşılanmışdı. Qərar konqresmenləri, Amerikanın müttəfiqlərini də sarsıtmışdı. Özəlliklə də, Suriyada İŞİD-ə qarşı Birləşmiş Ştatlarla birlikdə savaşan, Türkiyənin mümkün hücumuyla üzbəüz qalan kürdlər əndişələnmişdilər.

Lindsey Graham
Lindsey Graham

Graham deyib ki, Trump kürdlərin durumundan xəbərdardır.

Tənqidçilərin fikrincə, ABŞ-ın çıxması Suriyada İranla Rusiyanın mövqeyini möhkəmləndirər. Onların hər ikisi Suriya Prezidenti Bashar al-Assad hökumətini dəstəkləyir.

Daha sonra CNN-ə müsahibəsində Graham deyib ki, Trump-dan generallarla əyləşib bu qərarı necə gerçəkləşdirməyi müzakirə edəcək.

Bu prosesi yavaşıdın. Bunu düzgün etməyimizə əmin olun. İŞİD-in qayıtmayacağına əmin olun. Suriyanı yenidən iranlılara verməyin. Bu, İsrail üçün bir qarabasmadı”, – senator vurğulayıb.

İraq Suriyada daha böyük rol oynayacağını deyir

İraqın aparıcı təhlükəsizlik rəsmiləri Dəməşqdə Suriya Prezidenti Bashar al-Assad-la görüşüblər. Bunu İraqın Baş naziri dünən deyib və ABŞ əsgərləri Suriyadan çıxınca İslam Dövləti yaraqlılarına qarşı savaşda İraqın daha böyük rol oynaya biləcəyinə işarə vurub.

Adel Abdul-Mahdi
Adel Abdul-Mahdi

Bu məsələnin çətinlikləri çoxdur”, – ABŞ Prezidenti Donald Trump-ın əsgərləri Suriyadan çıxarmaqla bağlı qəfil qərarına eyham vuran Adel Abdul Mahdi jurnalistlərə deyib.

Suriyada mənfi nəsə baş versə, bunun bizə təsiri olacaq. Bizim Suriyayla 600 km-lik sərhədimiz var və İŞİD ordadır”, – Abdul Mahdi söyləyib.

Baş nazirin sözlərinə görə, İraqın nümayəndə heyəti Dəməşqə gedib ki, “təşəbbüsü ələ alsın”, ABŞ əsgərləri çıxandan sonra İŞİD-in fəaliyyəti güclənərsə, “bunun fəsadlarını aradan qaldırmalı olmasın”.

Mahdinin sözlərinə görə, İraq Suriyayla hazırkı sövdələşmədən kənara çıxmağa çalışır, ancaq detalları açıqlamayıb. Hazırda Bağdad Suriya ərazisindəki İŞİD yaraqlılarına raket zərbələri endirir.

Suriyada fəaliyyət göstərən qruplar var və onlarla mübarizə aparmağın ən yaxşı yolu İraqdır”, – baş nazir vurğulayıb.

İraqın şiə müsəlman yarım-hərbi qrupları hazırda İranın dəstəyilə Suriya ərazisində, sünni İŞİD qruplaşmasıyla mübarizə aparır.

Yəmən müharibəsinin simvoluna çevrilən qız

Ötən il Yəmənin Sanaa şəhərində yetim qalmış, həyatı alt-üst olmuş Buthaina Mansur al-Rimi müalicə üçün Səudiyyə Ərəbistanına aparılıb və təzəlikcə Yəmənin paytaxtına qayıdıb.

Sanaada etiraz
Sanaada etiraz

Səudiyyənin başçılıq etdiyi koalisiyanın endirdiyi raket zərbəsi qızcığazın ailəsini tamamilə məhv edib. Koalisiya Yəmən hökumətini dəstəkləyir. Amnesty International təşkilatı hadisə zamanı istifadə olunmuş partlayıcı qurğunun ABŞ-da hazırlandığını bildirib.

Buthaina-nın xilas edilməsi, xəstəxanada üzünün şişmiş, əzilmiş sifəti, onun bir gözünü əliylə güclə açmağa çalışması səhnələri bütün dünyaya səs salmışdı.

Ancaq sonradan bu qızcığaz sanki Yəməndəki İranın dəstəklədiyi husi yaraqlıları ilə Səudiyyə mediası arasında bir propaqanda girovuna çevrildi.

“Frans Pres” agentliyinə müsahibəsində Buthaina dayısı Ali ilə birlikdə danışır. Onlar raket zərbəsində qızın valideynlərinin, dörd bacısının, qardaşının, daha bir dayısının öldürüldüyünü yada salırlar.

Atam, qardaşım, bacılarım və dayımla anamın otağındaydım. Birinci raket atılandan sonra atam şokdan çıxmağımız üçün bizə qənd gətirməyə getdi, ancaq sonra ikinci raket atıldı, sonra üçüncü”, – qızcığaz danışır.

Sonra da ev çökdü”, – səkkiz yaşı olduğunu deyən Buthaina söyləyir.

Hadisə 2017-ci il avqustun 25-də baş verib. Qız həlak olan dayısının onun “sevimlisi” olduğunu sözlərinə əlavə edir.

Səudiyyə koalisiyası raket zərbəsinə görə məsuliyyəti götürmüş, bunu “texniki səhv” adlandırmışdı.

Ancaq hadisə beynəlxalq ictimaiyyət tərəfindən qınanmışdı.

BMT-nin bildirməsinə görə, həmin hücumdan öncəki həftələrdə digər raket zərbələrində 42 nəfər öldürülüb.

Amma qızın Sanaadan Səudiyyə paytaxtına necə aparılması aydın deyil. Husi yaraqlıları deyirlər ki, Buthaina, dayısı Ali və onun ailəsini koalisiya oğurlayaraq hökumətin əlində olan Ədənə, oradan ər-Riyada aparılıb.

Səudiyyə mediası isə qızın Yəmən hökumətinin xahişilə aparıldığını bildirir.

XS
SM
MD
LG