Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:54

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür


Sovet-İran sərhədində azərbaycanlıların aksiyalarından biri. Astara, 1990-cı il, yanvar.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Artıq 26 ildir ki, bu bayram qeyd edilir

Bu bayramın əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədinin sökülməsi zamanı qoyulub.

O hadisələrin şahidlərinin deməsinə görə, «Berlin divarı»nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt həm Azərbaycan Sovet Sosialist Respublikasında (SSR), həm də İranda yaşayan eyni xalqa mənsub insanlar tikanlı sərhəd məftillərini söküb bir-birlərinə sevgilərini bildiriblər.

Elə həmin tarixdə İstanbulda Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verilib.

İki il ötüb, 1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklif edilib. 1992-ci ildə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə isə bu qərar rəsmiləşdirilib.

Ancaq o vaxt İranla sərhəd dirəklərinin sökülməsi hadisəsinə Azərbaycanda münasibət hələ də birmənalı deyil. Bəzi şəxslər də deyir ki, həmin hadisələr 1990-ci ildə SSRİ rəhbərliyinin Azərbaycana əlavə ordu yeritməsinə və 20 Yanvar faciəsinə (Bakı və Azərbaycanın bölgələrində 130-dan çox şəxs qətlə yetirildi. 700-dən çox şəxs də yaralandı) yol acdı. Amma bu fikrin əleyhdarları da deyir ki, sərhəddə baş verənlər Bakıya ordu yeritməyə əsas vermirdi. Üstəlik, onların vurğulamasına görə, SSRİ rəhbərliyinin əsl məqsədi, dedikləri kimi, asayişi bərpa etmək yox, Azərbaycanın paytaxtında azadlıq mübarizəsini boğmaq idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG