Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 07:25

Neft Fondunun büdcəsi təsdiqlənib


İlham Əliyev

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2019-cu il üzrə büdcəsi təsdiqlənib.

Prezident İlham Əliyev dekabrın 28-də bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, 2019-cu ildə ARDNF-in gəlirləri 15 mlrd. 450 mln. 149,7 min manat, xərcləri 11 mlrd. 595 mln. 238,4 min manat həcmində proqnozlaşdırılır.

ARDNF büdcəsinin profisiti 3 mlrd. 854 mln. 911,3 min manat səviyyəsində gözlənilir.

2019-cu ildə ARDNF-in gəlirləri neftin orta qiyməti bir barelə görə 60 dollardan hesablanıb.

Gözləntilərə görə, 2019-cu ildə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 13 mlrd. 218 mln. 752,6 min manat və ya Fondun bütün gəlirlərinin 85,6 faizini təşkil edəcək.

Neft-qaz şirkətlərinin ödəyəcəkləri bonuslar 765 mln. 170 min manat, ARDNF-in valyuta aktivlərinin idarə olunmasından gəlirlər 1 mlrd. 442 mln. 495,1 min manat həcmində proqnozlaşdırılır.

19,04 mln.manat tranzit , 4 milyon 692 min manat isə karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar başqa qazanclar hesabına formalaşmalıdır.

Fondun xərclər strukturunda 11 mlrd. 364,3 mln. manatı və ya 98 faizi Azərbaycanın dövlt büdcəsinə transfertlər təşkil edəcək. 200 mln. manat isə qaçqınların və məcburi köçkünlərin sosial-məişət, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərə yönəldiləcək.

Bundan əlavə, Fondun idarə olunması ilə bağlı xərclə 30 mln. 938,4 min manat həcmində nəzərdə tutulub.

ADNF-nin 2019-cu il üzrə büdcəsinin layihəsi dekabrın 19-da təsdiqlənməsindən ötrü prezidentə göndərilmişdi.

Bəzi ekspertlər həmin sənədi tənqid etməkdədirlər. Onlar deyirlər ki, bu büdcə layihəsi neftin bir barelinin 60 dollar götürülməsinə əsasən hazırlanıb. Hazırda neft 60 dollardan ucuzdur.

Xatırlatma

ADNF-nin 2018-ci il büdcəsinin gəlirləri 11 mlrd. 559 mln. 956.2 min manat, xərcləri isə 9 mlrd. 730 mln. 221.8 min manat məbləğində təsdiq edilmişdi.

Gəlirlərin təqribən 10 milyard manata yaxını Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilməli idi. Yerdə qalan məbləğ isə əsasən bonuslardan, neftin, qazın ölkə ərazisi ilə ötürülməsindən və Dövlət Neft Fondunun idarə olunmasından qazanılmalıdır.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. Bu fonda indiyə qədər 140 mlrd. dollardan çox vəsait daxil olduğu bildirilir. Bu il oktyabrın 1-nə olan məlumata görə, Fondda həmin vəsaitdən 38 mlrd. 987.7 mln. ABŞ dolları qalıb. Fondun xərclərində böyük pay büdcəyə transfertlər təşkil edib. Eyni zamanda, bir çox yerli və beynəlxalq əhəmiyyətli layihələr maliyyələşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG