Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 08:12

'Azəriqaz'ın şikayətlərə cavabı


Qaz

Havalar soyuyandan Bakı və Bakətrafı kəndlərin qazla təminatında ciddi problemlər olmayıb.

Bunu «Turan» agentliyinə «Azəriqaz» İstehsalat Birliyindən (İB) söyləyiblər.

Birlikdən verilən məlumata görə, son günlərdə istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatı məqsədilə tədbirlər davam etdirilib. Həmin tədbirlərlə əlaqədar olaraq əhalinin qazla təchizatında qısamüddətli məhdudiyyətlər yarandığı qeyd olunur.

«Dekabrın 26-da Xırdalan şəhəri 25-ci məhəllə ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması həyata keçirilib. Həmin vaxt Abşeron rayonunun Xırdalan şəhərində təbii qaz təchizatında fasilələr olub», - birlikdən deyiblər.

Başqa inzibati ərazi vahidlərinin də Abşeronda aparılan təmir işlərindən təsirlənə biləcəyi vurğulanır.

«Həmin təmir işləri Masazır qəsəbəsi və Xəzər rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərib», -«Azəriqaz»dan deyiblər.

Birlikdən başqa ərazilərdə qaz təminatında heç bir problemin olmadığı vurğulanıb.

Halbuki, bu gün, dekabrın 28-də yerli sakinlər AzadlıqRadiosuna Bakının Zirə qəsəbəsində də qazın verilməsində problem yaşandığını bildirmişdilər.

Sosial şəbəkələrdə də tez-tez Bakı və ətraf qəsəbələrlə bağlı belə şikayətlər yer alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG