Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Suriya ordusu Menbicə girib


Menbicdə Amerika əsgərləri
Menbicdə Amerika əsgərləri

“Terror təşkilatları” Suriyanın Menbic şəhərindən çıxarsa, Türkiyənin orada işi yoxdur. Bunu Prezident Recep Tayyip Erdogan bu gün deyib.

Türkiyə terrorçu qrup saydığı kürd YPG qruplaşmasını Menbicdən çıxarmaqdan ötrü oraya hücum edəcəyini deyirdi.

***

Suriya ordusu bu gün – dekabrın 28-də Menbiç şəhərinə girib. Bundan öncə kürdlərin YPG qruplaşması şəhəri Türkiyənin hücumlarından qorumaqdan ötrü Dəməşqdən kömək istəmişdi.

ABŞ qüvvələrinin bu şəhərdə hərbi bazası var və Suriya hökumət qüvvələrinin hansı səviyyədə yerləşdiyi bəlli deyil.

***Buna da bax: Türkiyə Fərat çayının şərqinə keçməyə ‘qərarlıdır’

Suriya Demokratik Qüvvələri (SDF), başda YPG olmaqla, 2016-cı ildə Menbici İslam Dövləti silahlı qruplaşmasından azad edib.

Suriyanın şimalında yerləşən bu şəhər Türkiyənin dəstəklədiyi üsyançılarla sərhəddə yerləşir. Ankara YPG döyüşçülərini təhdid sayır və onları məhv etmək vədi verir.

Menbicin şimalı, arxiv fotosu
Menbicin şimalı, arxiv fotosu

Suriya ordusu cümə günü yaydığı bəyanatda deyib ki, əsgərləri Menbicdə dövlət bayrağını sancıblar, “ərazidəki bütün Suriya vətəndaşları və digərlərinin” təhlükəsizliyi təmin edəcək.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının bildirməsinə görə, əsgərlər Menbicin ucqarlarına yerləşdirib, şəhərlə Türkiyənin müttəfiqlərinin ortasında dayanıb.

Prezident Donald Trump-ın 2 minədək ABŞ hərbçisini Suriyadan çıxarmaqla bağlı qəfil qərarı SDF-i təlaşlandırıb. SDF Suriyanın şimalında və şərqində böyük ərazilərə nəzarət edir. Amerika hərbçilərinin mövcudluğu isə Türkiyəni önləyirdi.

YPG bildirir ki, döyüşçüləri bundan öncə Suriyanın şərqində İŞİD yaraqlıları ilə savaşmaqdan ötrü Menbicdən çıxıb.

“Buna görə də aid olduğumuz Suriya hökumətini silahlı qüvvələrini bu mövqeləri tutmağa göndərməyə, Menbici Türkiyənin hədələrindən qorumağa dəvət etdik”, – YPG bəyanatında bildirib.

Rusiya isə Suriyadakı kürd ərazilərinin Prezident Bashar al-Assad hökumətinin nəzarətinə qaytarılmasını alqışlayıb. Kremlin sözçüsü Dmitry Peskov cümə günü bunu “müsbət tendensiya” adlandırıb.

Rusiya və İran Suriya münaqişəsində Assadı, Birləşmiş Ştatlar və Türkiyə isə üsyançıları dəstəkləyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG