Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Türkiyə Fərat çayının şərqinə keçməyə ‘qərarlıdır’


Türkiyənin Suriyayla sərhədində kürd nümayişçilər
Türkiyənin Suriyayla sərhədində kürd nümayişçilər

Türkiyə Suriyanın şimalında Fərat çayının şərqinə mümkün qədər tez keçməyə qərarlıdır. Bunu Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu dekabrın 25-də deyib. Bundan bir gün öncə Ankara Suriyayla sərhədə əlavə qüvvələr göndərib.

Türkiyə Suriyaya girəcəyini deyirsə, belə də olacaq. Mümkün qədər tez Fərat çayının şərq hissəsinə keçməyi planlaşdırırıq”, – Cavusoglu jurnalistlərə söyləyib.

Türkiyə ayın əvvəlində bildirmişdi ki, ərazidə yeni hərbi əməliyyat başladacaq. Ötən həftə ABŞ Prezidenti Donald Trump ölkəsinin bütün hərbçilərinin Suriyadan çıxarılacağını bəyan etdi. Bu səbəbdən Türkiyə ABŞ hərbçiləri çıxanadək əməliyyatı yubatmalı oldu.

Türkiyə Suriyadan çıxma prosesinin ləng gedəcəyini, Türkiyəylə koordinasiya olunacağını desə də, vaxt açıqlamayıb.

Ankaranın bildirməsinə görə, iki ölkə ABŞ əsgərləri çıxınca “hakimiyyət boşluğu” yaranmamasını təmin etməkdən ötrü koordinasiyalı davranır.

FRANSAYA XƏBƏRDARLIQ

Dekabrın 24-də Türkiyə mediası Ankaranın Suriyayla sərhədə əlavə qüvvələr, əsgər, tank və qaubitsalar göndərdiyini xəbərləyib.

Mevlut Cavusoglu
Mevlut Cavusoglu

“Hurriyet” qəzetinin yazmasına görə, əlavə qüvvələrin yerləşdirilməsi həftəsonu 100 zirehli maşınla başlanıb, ağır texnika Suriyanın şimalındakı Al-Bab regionuna keçib.

Bundan başqa, Türkiyənin dəstəklədiyi müxalif döyüşçülər kürdlərin nəzarətində olan Menbic yaxınlığına yerləşdirilib.

Suriyanın şimalında yerləşən Menbic ABŞ-ın dəstəklədiyi kürd YPG qruplaşmasının əlindədir. Ankara bu qruplaşma üzvlərini Türkiyə daxilindəki kürd üsyançılara bağlı “terrorçular” adlandırır.

Dekabrın 25-də keçirdiyi brifinqdə Cavusoglu Fransaya xəbərdarlıq edib ki, Suriyada kürd yaraqlıları qoruyacaq qüvvələr saxlamaqla heç nə qazanmayacaq. Paris Birləşmiş Ştatların çıxmasına baxmayaraq, Suriyada hərbi iştirakını saxlayacağını bildirib.

Fransa Suriyanın gələcəyinə töhfə verməkdən ötrü qalırsa, əladır, amma yaraqlıları qorumaq üçün belə edirsə, bundan heç kəs qazanmayacaq”, – Cavusoglu vurğulayıb.

Kürd qüvvələr Suriyanın şimalını və şərqini ABŞ koalisiyasının köməyilə İslam Dövləti qruplaşmasından geri alıb.

Ancaq kürd yaraqlılar Trump-ın qərarından sarsılıblar. İndi onları Türkiyə, Suriya hökuməti və İŞİD tərəfdən üçqat təhdid gözləyir.

Birləşmiş Ştatların tərəfdarları xəbərdarlıq edirlər ki, Amerikanın vaxtından qabaq çəkilməsi İŞİD-in qayıtmasıyla sonuclanar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG