Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 11:46

'Əbu Cihad'a 15 il 6 ay həbs verildi


"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

"Arvadım İŞİD-ə qoşulub"

«İraq Şam İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının tərkibində Suriyada döyüşməkdə suçlanan daha bir azərbaycanlıya hökm oxunub. Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, 1979-cu il təvəllüdlü Eldəniz Məmmədov qanunsuz silahlı birləşmələrin tərkibində iştirakda təqsirli bilinib və15 il 6 ay azadlıqdan məhrum edilib.

E.Məmmədovu 2017-ci ilin sentyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları həbs edib. Cinayət işinin materiallarında yazılıb ki, 39 yaşlı E.Məmmədov Suriyada «Əbu Cihad» ləqəbi ilə tanınıb. Onun həm də İŞİD-çilər arasında populyar olan Instagram səhifəsinin sahibi olduğu iddia edilir.

E.Məmmədov tutulmamışdan öncə sosial şəbəkələrdə onun bir neçə fotosu yayılmışdı. Fotolardan birində onun əlində odlu silah vardı, şahin quşu dimdiyi ilə silahı əlindən almağa çalışırdı.

E.Məmmədovun həbsindən sonra onunla bağlı videogörüntülər də yayıldı. Həmin kadrlarda öldürülmüş insanların meyitləri, silahlı adamlar görüntülənmişdi.

E.Məmmədovun məhkəməsinə jurnalistlər buraxılmayıb. Bu üzdən onun ittihamlara nə cavab verdiyi, özünü təqsirli bilib-bilmədiyi bəlli deyil.

Multimedia

XS
SM
MD
LG