Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:52

Xabarovskda bir kişi qumbara partladıb, özü ölüb


Arxiv fotosu

Rusiyanın Uzaq Şərqindəki Xabarovsk şəhərində bir kişi qumbara partladıb, özü ölüb, üç nəfər yaralanıb.

Agentliklər yerli rəsmilərə istinadla yazır ki, həmin şəxsin saxlama mərkəzində ofisi qarət etmək istəməsindən şübhələnirlər. Hadisə dekabrın 27-də baş verib.

Məlumatlarda qumbara partladanın hadisə yerində həlak olduğu, iki kişi və bir qadının həyati təhlükəsi olmayan yaralarla xəstəxanaya yerləşdirildiyi bildirilir.

Yerli polis rəsmiləri müstəntiqlərin hadisə yerində işlədiyini deyir.

Bundan başqa ayrıntılar bəlli deyil.

XS
SM
MD
LG