Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

CNN Trump-ın yalanını üzə çıxarır – Qərb mediası


D.Trump İraqda ABŞ hərbçiləri qarşısında çıxış edir.
D.Trump İraqda ABŞ hərbçiləri qarşısında çıxış edir.

​ABŞ Prezidenti Donald Trump İraqdakı əsgərlərə deyib ki, son 10 ildən də artıq bir müddətdə ilk dəfə olaraq onların maaşını qaldırıb. CNN prezidentin bu saxta bəyanatı artıq neçənci dəfədir səsləndirdiyini bildirir.

Siz bizi qoruyursunuz. Biz də həmişə sizi qoruyacağıq. İndiyədək ən böyük maaş artımını aldınız, 10 ildən çox idi bu baş vermirdi”, – Trump İraqdakı Al Asad Hava Bazasında deyib.

CNN yazır ki, faktiki olaraq, orduda maaş 30 ildən çoxdur hər il artır. 2018-ci ildə 2,4% artıb, gələn il üçün 2,6% artım nəzərdə tutulub. 2,6% son 9 ilin ən böyük artımıdır.

Bu artım az da ola bilərdi. 3% də edə bilərdik, 2% də, 4% də. Mən dedim ki, xeyir, bunu 10% edin, 10%-dən də artıq edin”, – Trump son maaş artımı barədə hərbçilərə söyləyib.

Çünki uzun zaman idi, 10 ildən çox vaxt keçmişdi, bu, uzun bir vaxtdır”, – CNN Trump-ın bu saxta iddianı dəfələrlə səsləndirdiyini qeyd edir.

Rusiya Səudiyyə şahzadəsini dəstəkləyir

Rusiya Birləşmiş Ştatların Səudiyyə Ərəbistanında kral hakimiyyətinin dəyişməsinə təsir göstərməməklə bağlı xəbərdarlıq edib. Moskva Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salmana dəstəyini ifadə edib. Bu haqda “Bloomberg” yazır.

Mohammed bin Salman və Vladimir Putin
Mohammed bin Salman və Vladimir Putin

Qeyd edək ki, bin Salman rejimin tənqidçisi olan jurnalistin ölümünə görə tənqid olunur.

Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq üzrə elçisi deyib ki, 82 yaşlı Kral Salman dünyasını dəyişəndən sonra Şahzadə Mohammed-in taxt-taca sahiblənmək hüququ var.

Əlbəttə, müdaxiləyə qarşıyıq. Səudiyyə xalqı və rəhbərliyi bu məsələləri özləri həll etməlidirlər”, – həm də xarici işlər nazirinin müavini olan Mikhail Bogdanov deyib. “Kral qərarını verib və Amerikada kiminsə belə bir məsələyə müdaxilə etməsini, Səudiyyəni kimin idarə etməli olmasına qərar verməsini təsəvvürümə belə gətirə bilmirəm. Bu, Səudiyyənin işidir”, – o söyləyib.

Birləşmiş Ştatların aparıcı konqresmenləri jurnalist Jamal Khashoggi-nin Türkiyədə qətlə yetirilməsinə görə vəliəhd şahzadəni günahlandırır. Bu qənaəti Mərkəzi Kəşfiyyat İdarəsi də dəstəkləyib. Səudiyyə hökuməti isə şahzadənin qətldə əli olmasını rədd edir, onun jurnalisti vətəninə qayıtmaqdan ötrü dilə tutmağa çalışan hökumət agentləri tərəfindən qətlə yetirildiyini bildirir. Rusiya Səudiyyənin dediklərini qəbul etdiyini bildirib.

Kral Salman Şahzadə Mohammed-i varisi təyin edəndən Rusiya ər-Riyadla münasibətləri sıxlaşdırır. İki ölkə neftin qiymətlərini dəstəkləmək məqsədilə hasilatıln məhdudlaşdırılmasında əməkdaşlıq edir. Putin gələn il Səudiyyəyə səfər edəcək.

Amerikalı Antarktidanı təkbaşına keçib

33 yaşlı amerikalı Antarktidanı təkbaşına, köməksiz keçib.

“BBC” xəbər verir ki, tədqiqatçı Colin O'Brady buz qatını 53 günə keçərək, Britaniya ordusunun kapitanı Louis Rudd-i üstələyib.

Antarktika
Antarktika

Hər ikisi səyahətə noyabrın 3-də çıxıblar. İki il öncə britaniyalı keçmiş zabit bu ekspedisiya zamanı həlak olmuşdu.

Planetin ən soyuq qitəsinə səyahət 1482 kilometrlik marşrut boyunca gerçəkləşib.

O'Brady ən ağır günlərdən birində BBC-yə danışıb.

Yorulmuşam, əldən düşmüşəm, ancaq davamlı olaraq irəliləyirəm”, – o dekabrın 20-də səyahətin 47-ci günündə peyk telefonuyla danışıb.

Dünyanın ən soyuq məkanında hər gün 12-13 saat 170 kiloluq xizəyimi sürürəm”, – deyən tədqiqatçı xeyli arıqladığını, lüt bədəninə baxmağa “qorxduğunu” sözlərinə əlavə edib.

Gələcək səyahətçilər ilk dəfə olaraq Çilidə bir otel barında görüşüblər və təkbaşına səyahətə çıxaraq yarışmağa qərar veriblər.

2008-ci ildə O'Brady Tailandda tətildə olanda yanğın zamanı bədəninin 25 faizi yanıb, həkimlər ona bir daha normal yeriyə bilməyəcəyini deyib. Ancaq özünə gələrək idmanla məşğul olmağa başlayıb.

Üç uşaq atası olan Rudd isə dostu və həmkarı Henry Worsely həmin səyahətdə həlak olandan sonra bu işi gerçəkləşdirmək qərarına gəlib. Worsely səyahəti bitirməsinə 30 mil qalmış xilas edilmiş, sonradan xəstəlikdən dünyasını dəyişmişdi.

Yer üzünün ən soyuq qitəsi olan Antarktika eyni zamanda ən yüksək və quru məkandır. Burada şaxta istənilən nəmişliyi dondurur, buz səhrası yaradır.

XS
SM
MD
LG