Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:46

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi


Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılmasına qərar verib. Qurumun məlumatına görə, uçot dərəcəsi 9.75 faiz, faiz dəhlizinin yuxarı həddi 11.75, aşağı həddi isə 7.75 (±2 faizlik simmetrik diapazonda) səviyyəsində saxlanıb.

Qərar dekabrın 26-sı saat 14:00-dan qüvvəyə minib.

Məlumatda vurğulanır ki, AMB İdarə Heyətinin pul siyasətinə həsr edilmiş son toplantısından keçən dövrdə inflyasiya azalmaqda davam edib. 2018-ci ilin sonuna orta illik inflyasiyanın təxminən hazırkı səviyyədə qalacağı gözlənilir.

Rəsmi inflyasiya göstəriciləri

AMB qeyd edir ki, son iki ayda inflyasiyada azalma meyli davam edib. 2018-ci ilin 11 ayında orta illik inflyasiya 2.3 faiz təşkil edib. Bu da hədəf intervalından (inflyasiyanın 6 faizi keçməməsi nəzərdə tutulurdu. Ötən il 13 faiz olmuşdu) əhəmiyyətli aşağıdır.

AMB habelə bildirir ki, mövsümi amillərin təsiri ilə noyabrda ərzaq inflyasiyası bir qədər artıb. Lakin qeyri-ərzaq məhsulları və pullu xidmətlərin aşağı templi qiymət dəyişimi, habelə monetar amillərin bu artımı neytrallaşdırdığı vurğulanır. AMB-in açıqlamasına görə, nəticədə aylıq inflyasiya 0.6 faiz səviyyəsində qərarlaşıb.

Qurum qeyd edir ki, istehlak qiymətlərinin cari dinamikası və manatın dayanıqlı məzənnəsi inflyasiya gözləntilərini stabilləşdirən əsas amillər olaraq qalır. Son proqnozlara görə, 2018-ci ilin sonuna inflyasiyanın 2.3 faiz ətrafında qərarlaşacağı gözlənilir.

AMB faiz dəhlizinin parametrləri haqqında növbəti qərar barədə 2019-cu il fevralın 1-də açıqlama verəcək.

Xatırlatma

Azərbaycan Mərkəzi Bankı bundan əvvəl uçot dərəcəsini oktyabrın 30-da müzakirə etmişdi. Həmin vaxt uçot dərəcəsi 10 faizdən 9.75 faizə endirilib. Faiz dəhlizinin yuxarı həddi 11.75, aşağı həddi isə 7.75 müəyyənləşdirilib.

Multimedia

XS
SM
MD
LG