Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:50

Rusiya həbsxanasında ‘qul əməyi’ aşkarlanır


Moskvada Butırka həbsxanası
Moskvada Butırka həbsxanası

Mordoviyada həbsxanada qadın məhkumlar arasında qul əməyi iddiaları araşdırılacaq. Rusiya Federal Penitensiar Xidməti (FSIN) belə bir xahişlə prokurorluğa müraciət edib.

FSIN-in direktor müavini Valery Maksimenko dekabrın 24-də deyib ki, IK-14 həbsxanasının direktoru Yury Kupriyanov və müəssisənin bir neçə rəsmisi işdən çıxarılıb.

IK-14 həbsxanasında tanınmış fəal Nadezhda Tolokonnikova iki illik həbs cəzasının çox hissəsini çəkib. O, Moskvada Xilaskar İsa Kilsəsində Pussy Riot siyasi art qrupunun göstərisinə qatılandan sonra məhkum edilmişdi.

Fəal 2013-cü ilin dekabrında əfvlə azadlığa çıxıb. O vaxtda rusiyalı məhkumların hüquqları uğrunda kampaniya aparır.

SƏKKİZ HƏFTƏDƏN BİR BİRGÜNLÜK İSTİRAHƏT

2013-cü ilin sentyabrında yazdığı açıq məktubda Tolokonnikova həbsxanada qul əməyindən, məhkumlara qarşı zorakılıqdan şikayətlənirdi. O yazırdı ki, məhkumlar günə 16-17 saat işləməlidirlər, hər səkkiz həftədən bir onlara bir gün istirahət verilir. O, ölüm hədələri aldığını söyləyirdi.

Nadezhda Tolokonnikova
Nadezhda Tolokonnikova

O zaman FSIN iddiaların araşdırıldığını, ancaq onların əsassız olduğunu bildirdi.

Görünür, Tolokonnikova düz deyib”, – Maksimenko dekabrın 24-də Moskvada TASS agentliyinə deyib.

Maksimenko-nun sözlərinə görə, son araşdırma məhkumların bəzən səhər 7-dən gecə 1-dək tikiş tikməyə məcbur edildiyini üzə çıxarıb.

O, məhkumların “təcrid, ərzaqdan məhrum olunmaqla hədələndiyini” sözlərinə əlavə edib.

Maksimenko deyib ki, məhkumlar Kupriyanov, onun qohumları, dostları, biznes ortaqları üçün geyim tikib. O, bütün bunların həbsxanada qəfil təftiş nəticəsində üzə çıxarıldığını vurğulayıb.

Təftiş keçmiş məhbus Indira Bagayeva-nın şikayəti əsasında başlanıb.

Mordoviyadan əvvəllər də belə şikayətlər gəlib, dəfələrlə araşdırılsa da, təsdiqlənməyib. Ona görə də FSIN-in mərkəzi ofisinin əməkdaşları qəfil təftiş aparmaq qərarına gəliblər”, – deyən Maksimenko onu da əlavə edib kimi, əməkdaşlar oraya çatan kimi həbsxana rəsmiləri təhlükəsizlik kameralarının video materiallarını onlardan gizlətməyə çalışıblar.

XS
SM
MD
LG